Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (17-11-2015, 23:10)
Avropa Parlamentində anti-Azərbaycan dinləmələri

Avropa Parlamentində “Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada media sahəsində vəziyyət” adlı seminar keçirilir.

Mediatv.az bildirir ki, seminarda Avropa Parlamentinin vitse-prezidenti Richard Czarneski, Avropa Komissiyasinin Qonshuluq siyasəti üzrə baş direktoru Kristian Danielson da daxil olmaqla, Avropanın bir sıra rəsmiləri çıxış ediblər.

Maraqlıdır ki, çıxış edənlərin bir çoxu Şərq Tərəfdaşlığı ölkələri və Rusiyadan danışarkən nədəsə Azərbaycanda medianın vəziyyətinin ağır olduğunu bildiriblər. Avropa Parlamentinin Finlandiyadan olan deputatı, bu qurumun Avronest Parlament Assambleyasında nümayəndə heyətinin başçısı Heydi Hatala Azərbaycanda tənqidçi jurnalist və bloggerlerin həbsindən danışarkən deib ki, Azərbaycanda vəziyyət xeyli mürəkkəbdir: “Burada insan haqlarının pozulması, jurnalist və bloggerlerin həbsi ciddi narahatlıq yaradır”.

Xanım Hatala noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina etməklərindən də danışıb: “Biz aktiv əməkdaşlığı davam etdirmək, dərinləşdirmək istəyirik. Biz hesab etdik ki, Azərbaycandakı seçkiyə müşahidə missiyası göndərmək lazim deyil. Amma buna baxmayaraq, oradakı seçkini, baş verənləri diqqətlə izlədik. Biz “Şərq Tərəfdaşlığı” ölkələrini islahatlar aparmağa çağırırıq. Biz də kömək eləməyə hazırıq”.

Avropa Parlamentinin Hollandiyadan olan üzvü Marietje Scaake bir sıra ölkələrin “milli təhlükəsizlik”, “terrorizmə qarşı mübarizə” bəhanəsilə söz və ifadə azadlığını boğmasından danıshıb. O, nümunə kimi Türkiyəni göstərib və orada son günlərdə bir sıra telekanalların yayımının dayandırılmasından danıshıb.

Avropa Parlamentinin Latviyadan olan deputatı Andres Mamikins “Şərq Tərəfdaşlığı” ölkələrindən Azərbaycan və Ermənistanda medianin vəziyyətinin daha pis oldugunu bildirib.

Azadliq.info

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024