Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (1-09-2015, 08:59)
Bakıda zəncirvari qəza: xəsarət alanlar var

Bakının Nizami rayonu ərazisində baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb. Avtoqəza Babək prospektində qeydə alınıb və bu vaxt 3 nəqliyyat vasitəsi toqquşub. Məlumata görə, 51 yaşlı Heydərov Dinyar Heydər oğlunun idarə etdiyi “Ford” markalı kiçik tutumlu yük maşını Babək prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanmış “Range-Rover” markalı minik maşınına çırpılıb. 20 yaşlı Əliyev Murad Nəriman oğlunun idarə etdiyi “Range-Rover” markalı avtomobil zərbənin gücündən yolun əks istiqamətinə çevrilib və işıqforda dayanmış “Mercedes” markalı digər bir minik maşınına dəyib. 


Hadisə nəticəsində “Ford” markalı avtomobilin sürücüsü 51 yaşlı Dinyar Heydərov və “Range-Rover” markalı avtomobildəki sərnişin 21 yaşlı Fərid Şərifəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə cəlb olunmuş iki təcili tibbi yardım briqadasının həkimləri yaralılara hadisə yerində ilkin tibbi yardım göstərdikdən sonra onları xəstəxanaya çatdırıb. 

Nizami RPİ-nin və DYPŞ-nin əməkdaşları da hadisə yerində olub. Onların gəldiyi ilkin qənaətə görə, “Ford” markalı avtomaşının sürücüsü sərxoş olub. Buna görə də o, işıqforun qırmızı işığında dayanmış “Range-Rover” və “Mercedes” markalı avtomobillərin arasından keçmək və hərəkətini davam etdirmək istəyib. Lakin məsafəni düzgün hesablamayan sürücü qəzaya səbəb olub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024