Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (5-08-2015, 09:42)
Dövlət Sərhəd Xidmətinin “zastava” rəisi həbs edildi

Dövlət Sərhəd Xidmətinin “zastava” rəisi həbs edildi

İyunda Dövlət Sərhəd Xidmətinin Biləsuvar sərhəd-keçid məntəqəsinin rəisi Sənan Şükürov və əməliyyatçısı Cəlaləddin Həsənov həbs olunub. 

 

"Mediatv.az" "Qafqazinfo.az"ya istinadən xəbər verir ki, həmin ayın ortalarında hər iki şəxsin saxlanılması ilə bağlı DSX-nın xüsusi əməliyyat qrupu əməliyyat həyata keçirib və nəticədə həbslər reallaşıb. Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib və hazırda onların işi üzrə istintaq aparılır. 

Saxlanılan Sənan Şükürova qarşı qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham irəli sürülüb. Rəisin evində aparılan axtarış nəticəsində külli miqdarda patron aşkarlanıb. 

Maraqlıdır ki, kapitanların həbs olunması bu ilin mayında DGK sədri Aydın Əliyev tərəfindən Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarə rəislərinin dəyişdirilməsi ilə eyni vaxta təsadüf edir.

Həbs olunan şəxslərin ailə üzvləri Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general Elçin Quliyevə müraciət ediblər. Onlar kapitanların günahsız olduğunu və şərlənərək həbs edildiklərini bildirirlər. 

Qohumların iddialarına görə, həbs olunan şəxslər son aylar işlərini daha yaxşı yerinə yetirərək, yanvarda sərhəddə külli miqdarda narkotik vasitə saxlayaraq ölkəyə keçməsinə imkan verməyiblər. Ailə üzvləri belə bir fikir irəli sürüblər ki, baş verənlər məhz kiminsə bu nailiyyətləri “həzm edə bilməməsinin” nəticəsidir. 

Qeyd edək ki, hər iki şəxsin həbsinin məhz DSX-nın adı açıqlanmayan əməkdaşının müraciəti əsasında reallaşdığı bildirilir. 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024