Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (25-03-2015, 12:45)
Xaçmazda ağır qəza: bir ailənin 5 üzvü xəsarət alıb

Martın 24-də axşam saatlarında Quba-Xaçmaz yolunun 5-ci km-liyində, Xaçmaz rayonu ərazisində ağır yol qəzası baş verib

 

APA-nın məlumatına görə, Xaçmaz rayon Ağyazı-Buduq kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədmövsüm Seyidağa  oğlu Həbibovun idarə etdiyi 10 GB 702 dövlət nömrə nişanlı, “VAZ 21 07” markalı avtomobillə Xaçmaz rayon, Mollabürhan kənd sakini, 1976-cı il təvəllüdlü Etibar Qeybulla oğlu Abdullayevin idarə etdiyi 40 BK 187 dövlət nömrə nişanlı "Opel" markalı maşın toqquşub.
 
Nəticədə hər iki sürücü və Etibar Qeybulla oğlu Abdullayevin idarə etdiyi avtomobildə olan sərnişinlər -  Xaçmaz rayon Çuxuroba kənd sakinləri, 1983-cü il təvəllüdlü Babayeva Güldanə Şəhbət qızı, 2008-ci il təvəllüdlü Babayeva Luminə Hakim qızı, 2014-cü il təvəllüdlü Babayeva Səma Hakim qızı, 2009-cu il təvəllüdlü Babayeva Aysel  Hakim qızı və 1985-ci il təvəllüdlü Babayev Hakim Əhməd oğlu xəsarət alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
Xəstəxanadan verilən məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra sürücü Etibar Abdullayev, sərnişinlərdən Luminə Babayeva, Aysel Babayeva və Hakim Babayev ambulator müalicəyə buraxılıblar.
 
Sürücü  Məmmədmövsüm Həbibov da daxil olmaqla, digər sərnişinlərin vəziyyəti orta ağır qiymətləndirilir.
 
İlkin məlumata görə, “VAZ 21 07” markalı avtomobilin sürücüsü Məmmədmövsüm Həbibov sərxoş vəziyyətdə olub.
 
Faktla bağlı araşdırma aparılır.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024