Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (19-03-2015, 10:20)
Zaqatalada yol qəzası: 1 yaralı

Zaqatalada yol qəzası: 1 yaralı

 

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində  baş verib.
 
1987-ci il təvəllüdlü, Zaqatala rayonu Mamrıx kənd sakini Mübarək Nəriman oğlu Şabanov idarə etdiyi “VAZ 21014” markalı, 62 BF 256 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkət edən, 1969-cu il təvəllüdlü Qax rayon sakini Yaşar Ramiz oğlu Paşayevin idarə etdiyi “Sprinter” markalı 99 GU 634 dövlət nömrə nişanlı xırda tutumlu yük maşınını arxadan vurub. Qəzadan sonra   Yaşar Paşayevin idarə etdiyi yük maşını yolun kənarına aşıb. Mübarək Şabanovun idarə etdiyi minik avtomobili isə yolun kənarındakı kolluğa girib. Qəza nəticəsində yük avtomobilinin sürücüsü xəsarət almasa da, minik avtomobilinin sürücüsü Mübarək Şabanov  aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
 
Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, yol qəzası nəticəsində xəstəxanaya daxil olan Mübarək Şabanova qapalı kəllə-beyn travması və alın nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024