Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (16-02-2015, 13:01)
DYP piyadalara görə narahatdır: 10 günə 11 ölü

DYP piyadalara görə narahatdır: 10 günə 11 ölü

“Onlar intizamsız hərəkət iştirakçılarıdır”.

Bu ilin fevral ayının 1-dən 11-dək respublikada 97 yol qəzası qeydə alınıb. Nəticədə 27 nəfər ölüb, 131 nəfər yaralanıb. Bunlardan 35 hadisə piyadaların vurulması ilə bağlı olub.

"Mediatv.az" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, fevral ayının 1-dən 11-dək 35 piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 11 nəfər ölüb, 30 nəfər yaralanıb. 

K.Əliyev eyni zamanda əlavə edib ki, piyadalarla bağlı baş verən yol qəzalarının çoxluğu onların intizamsız hərəkət iştirakçıları olduğunu göstərir.

“Piyadalar həyatlarını təhlükə altında qoymamalı, onlar üçün müəyyən edilmiş keçidlərdən keçməli, işıqforun onların hərəkətinə icazə verən işığının yanmasını gözləməli, özlərini hərəkətdə olan avtomobillərin qabağına atmamalıdırlar. Ölkədə qeydə alınan yol qəzalarının və ölüm hallarının əksəriyyətinin piyadaların vurulması ilə bağlı olması ciddi narahatlıq doğurur”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024