Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (19-02-2014, 11:01)
Həkimlər prokurorluqda ifadə verəcək – Təkrar

Həkimlər prokurorluqda ifadə verəcək – Təkrar

 

Həkim terroru nəticəsində dünyasını dəyişən Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının cinayət işi ilə bağlı istintaq davam edir. İş üzrə mərhumun ailə üzvləri istintaqa ifadə veriblər.   Bu barədə “Axar.az”a  hüquqşünas Səməd Vəkilov məlumat verib:   “Elnarə xanımım ailə üzvləri bizim vəsatətimiz əsasında dindiriliblər. Onların ifadələri alındıqdan sonra istintaq qrupu bu işdə maraqlı tərəf kimi tanınan digər şəxslərin ifadələrini dinləmək qərarına gəlib”.   Qeyd  edək ki, Nəsimi Rayon Prokurorluğunda sözügedən cinayət işini araşdıran müstəntiq Hafiz Əliyev mərhum Elnarə Tofiqqızının ölüm faktının təkrar ekspertiza edilməsinə qərar verib. Sənədlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Birlik tərəfindən verilən əvvəlki ekspert rəyi zərərçəkən tərəfi və istintaq orqanını qane etmədiyi üçün müstəntiq belə qərar qəbul edib.   Təkrar ekspertizanın hansı qənaətə gəlməsi barədə danışarkən hüquqşünas S.Vəkilov yeni rəyin hələ ki hazır olmadığını deyib. Bildirib ki, təkrar ekspertizanın rəyinin bu günlərdə Nəsimi Rayon Prokurorluğuna təqdim olunacağı gözlənilir.   Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Həmin ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub.   Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. - See more at: http://axar.az/news/9413#sthash.tcJjgOtZ.dpuf

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024