Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (18-02-2014, 17:48)
Qalmaqallı direktor istefa verdi

 

Uzun müddətdir, adı qalmaqallarda hallanan Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru Mehman Şükürov işdən çıxıb. 

 

"Mediatv.az" xəbər verir ki, o, teleqraf.com-a açıqlamasında bu addımını səhhətindəki problemlərlə əlaqələndirdi: "Səhhətim normal deyil, ona görə müalicə üçün İrana gedirəm. İşdən uzaqlaşmaq barədə ərizəmi Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişəm. İndi İrana gedəcəyəm, oradan qayıdandan sonra müalicəm davam edəcək. Və yəqin ki, artıq başqa işlə məşğul olacağam".

O, hələlik nazirlikdən rəsmi cavab almadığını, amma bunun tezliklə baş verəcəyinə ümid etdiyini deyib. 17 ildir ki, teatra rəhbərlik edən Mehman Şükürov ötən ilin sonlarında nazirlik tərəfindən teatrda aparılan araşdırmalardan sonra töhmət alıb. Son hadisələrin səhhətinə təsir etmədiyini deyən direktor uzun müddətli iş fəaliyyətindən sonra istirahətə ehtiyacı olduğunu bildirib. O əlavə edib ki, hazırda onu teatrda müavini Vidadi Məmmədov əvəz edir.

Qeyd edək ki, teatrda çalışan texnik-radist Anar Süleymanov bir müddət öncə bizə açıqlamasında teatrda baş verən qanunsuzluqlarla bağlı həm Mədəniyyət və Turizm Nazirliyinə, həm də Baş Prokurorluğun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəndən sonra teatrın müdriyyəti tərəfindən ona qarşı  təzyiqlərin çoxaldığını demişdi. 

Fevralın 14-də yekunlaşan məhkəmənin nəticəsi barədə məlumat verən A.Süleymanov çıxarılan qərarın onun xeyrinə olduğunu bildirib: "Teatrın töhməti məhkəmənin qərarı ilə ləğv olunub. Məhkəməyə direktorun özü yox, nümayəndəsi gəlmişdi". 

Direktorun işdən uzaqlaşmaq istəyinin son olaylarla bağlı olduğunu qeyd edən Anar bu mənada məqsədinə çatdığını deyib: "Əlbəttə, direktorun ərizə yazmasının səbəbi mənim etirazım, media orqanlarında yazılanlar olub. O, təzyiqlərə dözməyib ərizə yazmağa məcbur oldu. Hazırda direktorla münasibətlərim yaxşıdır. Bu hadisələrdən öncə də ona demişdim ki, biz düşmən deyilik, olmayacağıq da. Amma istəyirəm ki, qanun qarşısında cavab verəsiniz, ərizə yazıb işdən çıxasınız. Nazirliyin yoxlamalarından sonra demək olar ki, teatrda heç bir iş görülmədi.

Direktor şəhərin mərkəzində afişaların asıldığını desə də, mən hələ ki, şəhərdə afişa görməmişəm. Nazirliyin həftədə dörd tamaşa oynanılması ilə bağlı  əmri də yerinə yetirilməyib. Biz heç həftədə iki tamaşa belə oynamırıq. Nə olubsa, ancaq görüntü üçün olub. 

Bütün bu hadisələrdən sonra ən böyük dəyişiklik direktorun ərizə yazıb işdən çıxması olub. Mən bu teatrı, bu sənəti sevən bir adamın teatra rəhbər gətirilməsini istəyirəm. Amma mənə xəbər çatıb ki, bura bizim teatrdan olan çox səviyyəsiz birini direktor təyin etmək istəyirlər. Ad çəkmək istəmirəm, amma dəqiq bilirəm ki, o adam hər gün işə sərxoş vəziyyətdə gəlir. 

Ümumiyyətlə, mən hesab edirəm ki, bizim teatrda direktor olacaq layiqli namizəd yoxdur. Bütün bunlara baxmayaraq, mən sonuna kimi mübarizəmi davam etdirəcəyəm". 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024