Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (18-02-2014, 13:42)
Xədicə İsmayılova ilə bağlı cinayət işi açıldı

 

Baş Prokurorluqda “virtualaz.org” saytında gedən “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalədə qeyd olunanlarla bağlı cinayət işi açılıb. 

Teleqraf.com-un məlumatına görə, bu barədə X.İsmayılovun özü məlumat verib. "Bu gün Baş Prokurorluqdan zəng etdilər. Cinayət işi açıblar. Cinayət işi dövlət sirrini yayma maddəsi ilə açılıb (284). Müstəntiq dedi ki, sənəd yaymışam Facebookda. Soruşdum, belə çıxır, siz təsdiqləyirsiz ki, o sənəd həqiqidir və dövlət sirri kəsb edir? Dedi bu barədə söhbət edərik.  Məni həm də şahid qismində dəvət ediblər. Dedim rəsmən çağırış vərəqəsi göndərin. Dedilər ünvanı deyin. Dedim sizə çoxlu şikayət yazmışam özümə qarşı cinayətlərin Bakı Şəhər Prokurorluğunda araşdırılmaması ilə bağlı. Ünvanım var sizdə. Xoşuna gəlmədi. Dedi niyə belə aqressivsiz. Dedim, əsla aqressiv deyiləm. Bir halda ki, vaxtınız çoxdu, boş-boş işlərlə məşğul olursuz, onda bu işi də görün, bir zəhmət. Mobil telefonumu bilirlər, ünvanımı bilmirlər".
Qeyd edək ki, bir neçə gün öncə jurnalist Xədicə İsmayılov Facebook səhifəsində sensasion sənəd yerləşdirib. Söhbət "Tam məxfi" qrifli hesabat məktubundan gedir. Xədicə İsmayılın yazdığına görə, bu sənədi ona 2011-ci ildə MTN-in hansısa keçmiş işçisi ötürüb. Məktub MTN-in daxili kəşfiyyat rəisinə ünvanlanıb və kiminsə ələ alınmasından bəhs edir. Xədicə İsmayıl həmin adamın adını pozub. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024