Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (15-02-2014, 11:50)
“Sevgililər Günü”ndə kimlər həbs olundu?

 

Bakı şəhər Baş Polis İdarəsi ötən gün partaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb. “Qafqazinfo” həmin xəbərləri təqdim edir: 

Fevralın 14-nə keçən gecə, Lökbatan dairəsində Bakı şəhər sakini Nizaməddin Əsədova məxsus «VAZ-2104» markalı avtomobildən, açıq qapıdan keçmək yolu ilə maqnitafon oğurlanmışdır. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Namiq Kəlbiyev və Elçin Cəfərov tutulub.
Fevralın 14-də Lökbatan qəsəbəsi İ.Xanbabayev küçəsində qəsəbə sakinləri Tural Aslanova və Elşən Məmmədova məxsus «Kamaz» markalı avtomobillərin hər birindən 2 ədəd akkumulyator oğurlanmışdır. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən qəsəbə sakini Məmməd Hacıyev tutulub.
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan İlham Əliyev tutulub.
Oktyabrın 2-də 1 May küçəsində yaşayan Saleh Məmmədov evindən 7 min manat və qızıl boyunbağı, oktyabrın 12-də isə Biləcəri qəsəbəsində yaşayan Nəzakət Zeynalovanın evindən kompyuter oğurlanıb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şərur rayon sakini Əvəz Məmmədov tutulub.
Fevralın 13-də Biləcəri qəsəbəsi Məlikaslanov küçəsində yaşayan Ədilə Deystani bıçaq xəsarəti ilə yaşadığı evdən 6 saylı xəstəxanaya yerləşdirilib. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən qardaşı Bakı şəhər sakini Bəhruz Deystani tutulub.
2013-cü il dekabrın 11-nə keçən gecə, Bilgəh qəsəbəsində yaşayan Cangiz Kəlpəliyevə məxsus mağazadan qapını və pəncərəni sındırmaq yolu ilə ərzaq məhsulları oğurlanmışdır. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini İslam Babayev tutulub.
Fevralın 10-na keçən gecə, Maştağa qəsəbəsi I Albalılıqda yaşayan Murad Haşumovun evindən pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə televizor, elektrik samovar, 2 ədəd elektrik sobası, 200 metr elektrik kabeli və ev əşyaları oğurlanmışdır. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Babək rayon sakini Əkbər Hüseynov tutulub.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Ramiz Hüseynov tutulub.
Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 179-cu (vənimsəmə və ya israf etmə) maddəsilə axtarışda olan İlqar Əliyev tutulub.
Fevralın 4-də Yeni Günəşli qəsəbəsində İlkin adlı şəxs Natiq Məmmədova hədə-qorxu gələrək mobil telefonunu alıb qaçmışdır. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soygunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Hacıyev tutulmuş və ondan 0,189 qram heroin götürülüb.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024