Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (13-02-2014, 14:15)
Bakı falçılarının yeni innovativ fırıldağı - “Ya... Tosiba...“

 

Bundan sonra fala baxdırmaq, bəxt açdırmaq, dua yazdırmaq üçün falçı, ekstrasens yanına getmək lazım gəlməyəcək

 

Belə ki, Bakı falçıları artıq internet vasitəsilə fala baxmağa başlayıblar.
Virtualaz.org saytı xəbər verir ki, Azərbaycanın TV-lərdə, yazılı mətbuatda və sosial mediada gen-bol reklam edilən falçıları özlərinə ayrıca internet səhifəsi yaradaraq onlayn xidmətə keçiblər. Bundan sonra internetə şəkil yerləşdirməklə fala baxdırmaq mümkün olub. Bunun üçün verilən hesaba pul keçirmək lazımdır.
Qeyd edək ki, azərbaycanlı falçıların fala baxması üçün “müştəri”nin ona təqdim olunan hesaba 20-50 manat arasında pul keçirməsi lazımdır.
Bundan başqa, “Türkiyənin kofe falçıları Azərbaycanda” adlı səhifə də yaradılıb. Kofe ilə fala baxdırmaq üçün onlayn növbəyə dayanmaq və internet vasitəsilə 12-20 dollar ödəmək lazımdır. Bu pul türk fırıldaqçılarının cibinə gedəcək.
Səhifədə diqqət çəkən məqamlardan biri də onlayn “bəxt açmaq” və “evi bəd qüvvələrdən qurtarmaq”dır.
Nə deyək?! Göstərilən hesaba pul ödəmədən, öz şəkillərinizi səhifələrə yerləşdirmədən bir qədər düşünün. Çünki ödənilən pulları geri qaytarmaq kimi şansınız yoxdur. Yəni bu da fırıldağın yeni, daha “modern” və texnoloji-innovativ növüdür. 
шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024