Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (28-02-2017, 19:16)
NATO Ermənistanla Azərbaycanı danışıqlar masasına dönməyə çağırıb

Jens Stoltenberg və Serzh Sarkisian

NATO-nun baş katibi Jens Stoltenberq Azərbaycanla Ermənistanı gərginliyin artmasına yol verməməyə və danışıqları bərpa etməyə çağırıb.

Mediatv.az:   Bu barədə RİA Novosti məlumat yayıb.

Baş katib bir daha münaqişənin hərbi həlli yolu olmadığını bildirib.

“Gərginliyin artmasından qaçmaq lazımdır. Biz Ermənistanla Azərbaycanı danışıqlar masasına dönməyə çağırırıq” deyə Stoltenberq Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra deyib.

Stoltenberq qeyd edib ki, NATO münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyir.

Qeyd edək ki, Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Qeyd edək ki, son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artdığı müşahidə olunur.

Tərəflər hər iki tərəfdən itkilərə səbəb olan atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Son günlər isə cəbhədə iri silahların işə düşdüyü, yenidən itkilərin olduğu bildirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024