Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (11-01-2017, 10:14)
İlham Əliyev: “Bizim dağıdıcı silahlarımız var, bir qismini hələ nümayiş etdirmirik”

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinn ötən gün keçirilmiş iclasındakı yekun nitqində silahlı qüvvələrin yeni silah və hərbi texnika ilə təchizatının davam edəcəyini deyib.

Mediatv.az:  Virtualaz.org prezidentin çıxışının rəsmi KİV-lərdə yayılmış stenoqramına istinadən xəbər verir ki, İlham Əliyev ölkənin hərbi potensialının gücləndirilməsi üçün böhranlara, neftin ucuzlaşmasına baxmayaraq “əlavə tədbirlərin görüləcəyini” deyib.

“Bu məqsədlə büdcədə kifayət qədər vəsait ayrılıb. Hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir. Bu, belə də olmalıdır. Biz müharibə şəraitində yaşayırıq. Bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz ordumuzu ən müasir silah-sursat, texnika ilə təmin edirik. Keçən il çox önəmli addımlar atılıb. Ən müasir silahlar ölkəmizə gətirilib və bu il də bu proses davam edəcək. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək”-prezident deyib.

Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan ordusu İsraildən alınan “Barak-8” raket komplekslərini ilk dəfə nümayiş etdirib, bu raketlərdən təlim atışları həyata keçirilib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024