Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (2-12-2016, 09:17)
Maliyyə naziri ittihamlara niyə cavab vermir?

Maliyyə naziri ittihamlara niyə cavab vermir?

 

İlham İsmayıl: “Samir Şərifov ittihamlara cavab vermədikcə, cəmiyyət arasında günahkar olaraq qalacaq” 

 

 
Mediatv.az:   Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin məhbəsdən göndərdiyi sensasion müraciət ölkə gündəmini silkələyib. Sabiq bankir məhkəmə proseslərində olduğu kimi, yenə də maliyyə naziri Samir Şərifovu hədəfə alıb.(Bu barədə ətraflı səh-5-də oxuya bilərsiz-red.)    
Sabiq bankirin son müraciəti ilə bağlı mövqelər birmənalı deyil. Onun müraciətində bəzi həqiqətlərin olduğunu deyənlər də, Hacıyevin maliyyə nazirini hədəfə götürməsinin arxasında şəxsi ədavətin olduğunu iddia edənlər də var.
Sabiq MTN polkovniki İlham İsmayıl bildirdi ki, sabiq bankirin müraciətində kifayət qədər həqiqət var:“Ölkənin maliyyə, iqtisadi təhlükəsizliyində bir bank müdirini günahlandırmaq düzgün deyil. Təbii ki, Cahangir Hacıyev aydan arı, sudan duru deyil. Özünün kifayət qədər günahları var, öz bankı ilə bağlı çoxsaylı qanun pozuntularına yol verib. Bu gün də onun cəzasını çəkir. Amma bir bank ölkə maliyyəsini çökdürə bilməz. Bu baxımdan, Hacıyevin dediklərində həqiqət var. Amma bir məsələdə yalnız maliyyə nazirini günahlandırmaq da düzgün deyil. Ölkədə baş verən maliyyə böhranını nə bank rəhbərində, nə də maliyyə nazirində axtarmaq lazımdır. Ölkəyə daxil olan kapital, onun necə xərclənməsi idarəetmədən asılıdır”.
Sabiq MTN polkovniki gedən proseslərdə sabiq bankirin əsas fiqur kimi qurban verildiyini söylədi:“Tarixən belədir, yüz nəfər günahkardırsa, çalışırlar ki, bütün günahları 1 və 2 nəfərin üzərinə yükləsinlər. Cahangir Hacıyevin günahları var, amma bütün günahları onun üzərinə yükləmək düzgün deyil. Cahangir Hacıyevin həbsindən sonra özünün dili ilə desək, Beynəlxalq Bankın maliyyələşdirdiyi layihələrin dayandırılması belə düzgün deyildi. Əgər normal layihələr idisə, davam etdirilməli idi”.
Image result for İlham İsmayıl
İ.İsmayıl ABB-nin sabiq rəhbərinin maliyyə nazirini əsas hədəfə almasının səbəblərini də açıqladı:“Cahangir Hacıyevin bir nəfəri günahlandırması şəxsi ədavətdən irəli gələ bilər. Bu şəxsi ədavət onun həbsindən əvvəl başlayıb.  Zaman-zaman bunlar üzə çıxıb. Təkcə Cahangir Hacıyevlə deyil, onun qohumu olan sabiq MTN rəhbəri ilə şəxsi ədavətin olduğunu da hamı bilirdi. Onun nəticəsidir ki, günahları bir-birilərinin üzərinə yıxırlar. Samir Şərifov bu ittihamlara cavab vermir. Bəlkə də onlar düşünürlər ki, cavab verməsələr daha yaxşıdır. Amma o, ittihamlara cavab vermədikcə, cəmiyyət arasında günahkar olaraq qalacaq. Nəzərə alaq ki, maliyyə nazirinin susqunluğuna artıq adət etmişik. Bir müddət öncə onu üç ölkənin agenti adlandırdılar, lakin o bir kəlmə də buna münasibət bildirmədi. 
Ən azından məhkəməyə verməli idi, bu ittihamı səsləndirən şəxsi. Niyə susur, nə üçün susur, onun şəxsi məsələsidir. Cahangir Hacıyev bu komandanın üzvü idi. Özü də bank sektorunda vacib fiqurlardan sayılırdı. O, bu komandaya yaxşı bələddir. Məhkəmədə boşuna demədi ki, mən yazılmış və yazılmamış qanunlara əməl etmişəm. Prosesləri o yaxşı bilir. Çox güman ki, onun bəyanatları tək özünün beyninin məhsulu deyil. Hansısa məsləhətlərin, pasvermələrin nəticəsidir. Bu komandanın üzvü olan Cahangir Hacıyev oyun şərtlərini yaxşı bilir.

Həbsxanadan o yana yolu yoxdur. İntihar həddinə də çatdıra bilməzlər. Özü də hiss olunur ki, mübarizliyi də var. İtirəcək bir şeyi qalmayıb. Sadəcə, oyun şərtlərini nəzərə alaraq, susqunluğunu pozur. Bu pozulma hələ davam edəcək”.(Musavat.com)
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024