Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (21-11-2016, 15:51)
Bahar Muradova: “Sarkisyanın sözləri Ermənistanın danışıqlardan imtinası deməkdir”

Bahar Muradova: “Sarkisyanın sözləri Ermənistanın danışıqlardan imtinası deməkdir”

 

 

“Azərbaycan öz ərazisində ikinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcək”.
 
Mediatv.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova Ermənistan prezidentinin son bəyanatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu məsələyə dair Azərbaycanın mövqeyi birmənalıdır: “Azərbaycan bir qarış torpağının da ondan qoparılmasına razı olmayacaq. Serj Sarkisyanın mesajları onun şirin yuxusu ola bilər. 
Dünya da Azərbaycan ərazilərinin ondan qoparılmasına, Ermənistana birləşdirilməsinə və ya müstəqil olmasına icazə verməyəcək. Azərbaycan bu prinsiplərlə mübarizə aparır və Ermənistanla danışıqlarda məhz bu prinsiplərdən çıxış edir. Sarkisyan belə açıqlama verirsə, açıq şəkildə danışıqlardan çıxdığını bəyan etməlidir. 
Çünki danışıqlar məhz ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində gedir. Sarkisyanın söylədikləri danışıqların mahiyyətinə ziddir. Nəzərə alsaq ki, qarşıdan xarici işlər nazirlərinin görüşü gəlir və onlar da prezidentlərin növbəti görüşünü hazırlamaqla məşğul olacaqlar, bu cür açıqlama ilə Sarkisyan bəri başdan bu görüşdən imtina etdiyini bildirmiş olur”.
 
Qeyd edək ki, S. Sarkisyan Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində Dağlıq Qarabağı ya müstəqil dövlət, ya da Ermənistana birləşmiş şəkildə görmək istədiyini bildirib.  
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024