Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (15-09-2015, 11:59)
Füzulidə gimnaziyanın açılışı olub -FOTOLAR

 Füzulidə gimnaziyanın açılışı olub -FOTOLAR

 

Minilliklərin süzgəcindən keçərək yaddaşlarda yaşamaqda olan bir məlum həqiqət var ki, bu insanları səadətə, xoşbəxtliyə aparan bütün yolların məktəbdən başlanmasıdır. Hər bir xalqın varlığı onun məktəbinin necəliyi, müəlliminin kimliyi ilə müəyyən edilir. O xalq xoşbəxtdir ki, onun yaxşı məktəbləri, müdrik müəllimləri vardır. 

Mediatv.az xəbər verir ki, bu fikirlər 15 sentyabr yeni dərs ilinin başlanması münasibəti ilə Əhmədbəyli kəndində müsiqi təmayüllü (internat tipli) gimnaziyanın açılışı mərasimində bildirilmişdir.  Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon təhsil şöbəsinin əməkdaşları, ziyalılar, məktəbin müalim, şagird kollektivi iştirak etmişdir.

 Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açılış mərasimində çıxış etmiş, müəllim və şagirdləri 15 sentyabr yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etmişdir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlərdən danışan Alı Alıyev  ölkə başçısının cəbhə bölgəsinə yerləşəşən Füzuli rayonuna göstərdiyi xüsusi diqqət və qayğını vurğulamışdır.

Alı Alıyev qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin Füzuliyə və füzulililərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, respublikamızda ikinci olan  gimnaziya cəbhə bölgəsində tikilərək bu gün şagirdlərin istifadəsinə verilir.  

“Mən bütün füzulililər adından Prezident cənab İlham Əliyevə rayonumuza göstərdiyi diqqətə və qayğıya görə minnətdarlığımı bildirirəm. Dövlət tərəfindən yaradılan şəraitin nəticəsidir ki, rayonumuzun şagirləri ildən ilə ali məktəblərə keçirilən qəbul imtahanlarda yüksək nəticələr əldə edirlər. Təkcə bu il ali məktəblərə sənəd verən 544 şagirddən 326 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə, 92 şagird isə orta ümumtəhsil məktəblərinə qəbul olunmuşdur”-deyə Alı Alıyev vurğulamışdır.

         Alı Alıyev musiqi təmayüllü gimnaziyada şagirdlərin təhsilin sirlərinə yiyələnmələri üçün hər cür şəraitin yaradıldığını, xüsusi fənn kabinələri, laboratoriya, idman, musiqi və akt zallarının fəaliyyət göstərdiyini vurğuladı.

         Açılışda çıxış edənlər ölkəmizdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, respublikamızda, o cümlədən, Füzuli rayonunda təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərdən danışdılar. 

Bildirilmişdir ki, 340 şagird yerlik bina 3 korpusdan ibarətdir. Əsas korpus 3 mərtəbədən, yataqxana, yeməkxana, musiqi və akt zallarından ibarət olan 2-ci və 3-cü korpuslar isə ikimərtəbəlidir. Gimnaziyanın binasında fizika, kimya, biologiya, hərbi dərsləri keçmək üçün kabinələri, 24 sinif otağı, laboratoriya, kompyuter otağı, kitabxana, yeməkxana, idman, akt və musiqi zalları yaradılıb, istilik və müşahidə sistemi quraşdırılıb. Gimnaziya müasir tədris vasitələri və ləvazimatları ilə təchiz olunmuşdur.

 

Sonda müəllimlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Füzulidə gimnaziyanın açılışı olub -FOTOLAR
Füzulidə gimnaziyanın açılışı olub -FOTOLAR
Füzulidə gimnaziyanın açılışı olub -FOTOLAR
Füzulidə gimnaziyanın açılışı olub -FOTOLAR
Füzulidə gimnaziyanın açılışı olub -FOTOLAR
Füzulidə gimnaziyanın açılışı olub -FOTOLAR
Füzulidə gimnaziyanın açılışı olub -FOTOLAR
Füzulidə gimnaziyanın açılışı olub -FOTOLAR
Füzulidə gimnaziyanın açılışı olub -FOTOLAR
Füzulidə gimnaziyanın açılışı olub -FOTOLAR
Füzulidə gimnaziyanın açılışı olub -FOTOLAR
Füzulidə gimnaziyanın açılışı olub -FOTOLAR

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024