Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (29-03-2014, 18:44)
İcra başçısının milyonluq subsidiya maxinasiyası

 

Masallının icra başçısı Rafil Hüseynov 12 min hektar yararsız torpağa subsidiya ayrılmasına şərait yaradaraq dövlət büdcəsindən külli miqdarda vəsaitin mənimsənilməsinə yol açıb

 

Masallı rayonunda Kənd Təsərrüfatı üçün nəzərdə tutulan subsidiyaların verilməsində Masallı rayon İcra Hakimiyyəti və «Aqrolizinq» ASC Masallı rayon filialını böyük maliyyə maxinasiyaları həyata keçirərək dövlət büdcəsindən hər il külli miqdarda vəsait mənimsəyirlər. Bu barədə PİA.AZ-a Masallıdan daxil olan məlumatda göstərilir ki, təkcə 2013-cü ildə Masallıda saxta sənədlər əsasında 1 milyona yaxın subsidiya vəsaiti mənimsənilib.
Qeyd edək ki, bu ilin fevrvl ayının 5-də ölkə prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı kənd təsərrüfatı üçün nəzərdə tutulan subsidiyaların ayrılmasında şəffaflıq gözlənilmədiyini və bir çox hallarda dövlətin ayırdığı subsidiyaların vəzifəli şəxslər tərəfindən mənimsənildyiyini bildirmişdi.
Dövlətin kənd təsərrüfatının inkişafı üçün ayırdığı subsidiyaların böyük miqdarda mənisənildiyi ölkələrdən biri isə Masallı rayonudur. Masallıdan daxil olan məlumatda göstərilir ki, rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov «Aqrolizinq» ASC Masallı rayon filialının direktoru Eldar Hüseynovla əlbir olaraq dövlət büdcəsindən 1 milyona yaxın vəsait mənimsəyib. Belə ki, daxil olan məlumatda göstərilir ki, ötən il Masallı rayonunun kənd bələdiyyələrinin balansında olan 18 min hektara yaxın torpaqların təxminən 12 min hektarına taxıl və yonca əkilməsi adı ilə sənədləşdirilmə aparılıb və bu torpaqlara dövlətdən subsidiya yardımı alınıb. Alınan vəsait isə əsasən icra başçısı Rafil Hüseynov, «Aqrolizinq» ASC Masallı rayon filialının direktoru Eldar Hüseynov tərəfindən məniməsənilib, kiçik bir hissə isə kənd bələdiyyə sədrlərinə, həmçinin icra nümayəndələrinə çatıb.
Məlumatda iddia olunur ki, rayon icra başçısı Rafil Hüseynov «Aqrolizinq» ASC Masallı rayon filialının vasitəsi ilə götürdüyü yüz minlərlə qazancadan şirnikərək dahada qabağa gedib. Belə ki, icra başçısı müavini, aqrar məsələr üzrə şöbənin müdiri Nəsir Muxtarlının əli ilə yararsız dövlət torpaqlarını, meşə zolaqlarına aib olan torpaqları da taxıl və yonca səhələri kimi səndələşdirərək subsidiya pulu alıb.
Bundan başqa məlumatda subsidiya yardımından başqa sənədləşdirilən torpaqlara verilən yüz tonlarla gübrə və müxtəlif dərman pereparatları da qara bazarda satılaraq icra başçısına verildiyi qeyd olunur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
pia.az
шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024