Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (26-03-2014, 14:14)
Yol polisindən sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar istirahətdən qayıdan sürücülərə müraciət edib


Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında Novruz bayramını başa vurub rayonlardan paytaxta qayıdan sürücüləri diqqətli olmağa çağırıb: 

“Rayonlardan qayıdan, xüsusən Bakı-Şamaxı yolu ilə hərəkətdə olan avtomobillərin sürücülərinə müraciət edərək demək istəyirəm ki, yolun enişli-yoxuşlu olmasını nəzərə alaraq, sürət həddini nəzərə alsınlar, ötmə əməliyyatlarını düzgün seçsinlər və avtomobillərini sərxoş vəziyyətdə idarə etməkdən uzaq dursunlar”.

K. Əliyev həmçinin qeyd edib ki, Dövlət Yol Polisi respublika ərazisində reydləri davam etdirir: “Bayram günləri yol polisi gücləndirilmiş iş rejimində çalışıb. Respublika üzrə reydlərimiz davam etdirilir. Lakin buna baxmayaraq gördüyünüz kimi ölümlə nəticələnən qəzalar qaçılmazdır. Ona görə də bir daha rayonlardan qayıdan sürücülərə müraciət edərək onları diqqətli olmağa çağırıram”.

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar Azərbaycanda martın 20-dən 27-dək qeyri-iş günü elan edilib.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024