Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (26-05-2015, 17:55)
Rəsmi AÇIQLAMA: “Binaları üzləyən şirkətlərin rəhbərləri həbs olunub”

 

Binəqədi rayonunda baş vermiş  yanğın nəticəsində zərər çəkmiş 36 ailəyə kompensasiya ödənilib. 

Mediatv.az-ın məlumatına görə, bunu Modern.az saytına Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

O bildirib ki, hələlik sakinlərə kompensasiyaların verilməsində problem yoxdur:

“Artıq 36 nəfərə kompensasiya verilib. 8 nəfər kirayənişindən razılıq əsasında 5-nin məsələsi həll olunub, 3-ü isə qalıb. Qalan 3 nəfərin də razılaşması olandan sonra onların da pulları veriləcək.

Yanan binanı “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti təmir edəcək. Biz istəyirik ki, işlər daha tez bitsin. Çünki sakinlər əziyyət çəkməməlidir. Ona görə də biz binanı təmir edəcək şirkətin qarşısında məsələ qoymuşuq ki, gecə-gündüz işləsinlər. Amma ən yüksək səviyyədə işləmək şərtilə. Onlar öz işlərini yüksək səviyyədə eləsələr, pullarını alacaqlar, əgər edə bilməsələr, pullarını almayacaqlar. Binada təmir işlərini 4-5 aya qurtarmaq olar”.

Hacıbala Abutalıbov yanmaya həssas olan poliuretan  üzlüklü binaların fasadlarının sökülməsi işi barədə də məlumat verib:

“Bu günə kimi 168 binanın üzlüyü sökülüb. Sabahdan binaların hamısı rənglənəcək və Fövqəladə Hallar Nazirliyi razılaşarsa, Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi layihəyə uyğun olaraq keramika qranit vurulacaq. Əgər nazirlikdən razılıq verilməsə, binalar yüksək səviyyədə Finlandiyadan, Almaniyadan və Amerikadan gətirilən xüsusi rənglərlə rənglənəcək.

Binaların təmirini bir necə şirkət həyata keçirəcək. Həmin şirkətlərin çoxunun rəhbərləri binalara keyfiyyətsiz üzlük vurmaqda təqsirləndirilərək, həbs olunub. Hazırda bütün işlər həmin şirkətlərin hesabına görülür”.

Mayın 19-da Binəqədi rayonundakı 16 mərtəbəli binada baş verən yanğın zamanı 15 nəfər həyatını itirib, xəstəxanalara yerləşdirilənlərdən əksəriyyəti evə buraxılıb, 10 nəfər isə müalicəsini davam etdirir.

Azərbaycan prezidenti İlham Əliyev baş vermiş hadisənin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Komissiyanın sədri baş nazirin müavini Abid Şərifovdur. 
Mayın 21-də Abid Şərifov zərərçəkənlərə maddi yardım ayrılması barədə sərəncam verib.

Sərəncama əsasən, yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, xəsarət alan bina sakinlərinin hər birinə 5 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024