Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (1-02-2014, 21:20)
“Azəri Talış“ birliyindən Şeyxə dəstək

  

Amalı Azərbaycanda dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, demokratik, azad və bərabərhüquqlu vətəndaş cəmiyyətİ quruculuğu olan Azəri – Talış İctimai Birliyi hər zaman yaxşı yaşamaqdan daha vacib düz yaşamaq prinsipinə önəm verir!"


Bu barədə  "Azəri Talış" ictimai birliyinin sədri Mehdibəy Səfərovun yaydığı bəyanatda bildirilir.
 
Bəyanatda deyilir: "Biz, insaf və ədalət hissini uca tutaraq, indiki mövcud situasiyada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə yönələn böhtan və iftira kompaniyasından dərin narahatçılıq hissləri keçiririk. Görünür, hörmətli Şeyxə qarşı aşkar şəkildə qərəz nümayiş etdirən qüvvələr onun artan nüfuzundan, eləcə də ölkəmizdə mövcud olan dini tolerantlıqdan çox  “narahat” olmağa başlayıblar. Hər bir müsəlmanın qeydinə qalan Şeyx Həzrətlərinin gənclərə yönəli tövsiyyə və müraciətləri, heç şübhəsiz ki, kimlərinsə bəd niyyətlərinin qarşısına sipər çəkir. 

Düşünürük ki, QMİ-nin rəhbərinin məhz bu sayaq prinsipial mövqeyinə görə həmin qara qüvvələr ona qarşı hərzəvu-hədyanlar və şər-şəbədələrlə “silahlanıb” hücuma keçiblər. Bu, yolverilməzdir! Bu gün Azərbaycanın müstəqillik əldə etməsində Şeyximizin özünəməxsus xidmətlərini kim dana bilər?!

Axı, bunu hər bir Azərbaycan vətəndaşı yaxşı bilir;- 1989-cu ildə işğalçı İmperiyanın ən yüksək tribunası olan SSRİ Ali Sovetinin sessiyasında ölkəmizə qarşı yürütdüyü ədalətsiz və ermənipərəst siyasətinə görə Prezident M. S. Qorbaçova; “Михаил Сергеевич, Вы себя дискредитировали, как политического лидера!” – deyərək,  onu İmperiyanın tarixində ilk dəfə cəsarətlə kəskin ittiham edən Şeyx həzrətləri idi!...

Və həmin totalitar İmperiyanın işğalçı ordusu 1990-cı ilin 20 yanvar gecəsində azadlıq arzuları ilə Bakı şəhərinin küçələrinə çıxan əliyalın vətəndaşlarımızı qanlarına qəltan edərkən, xalqın fəryadına ilk səs verən, dərdinə şərik olan Şeyx Həzrətləri deyildimi?!

Onun doğma vətənimizin azadlığı naminə bu sayaq mübariz və mütərəqqi işlərindən neçə-neçə nümunələr gətirə bilərik!

Biz, ATİB olaraq, bəyan edirik: ölkəmizdə, eləcə də bütün Qafqazda müqəddəs İslam dinimizin simvolu sayılan hörmətli Şeyximiz Hacı Allahşükür Paşazadəyə qarşı başlanan böhtan kompaniyasını qətiyyətlə pisləyir və buna təcili olaraq son qoyulmasını tələb edirik!"(musavat)

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024