Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (1-02-2014, 21:01)
İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib- Video+Fotolar

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayserin etimadnaməsini qəbul edib. 

 

“Mediatv.az” xəbər verir ki, səfir Xalid Usman Qayser fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xalid Usman Qayser etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə bu münasibətlərin daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini dedi. Əlaqələrimizin iqtisadi, mədəni, humanitar və digər sahələrdə də genişləndiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev bunun regional əməkdaşlıq baxımından da önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsini yüksək dəyərləndirdi.

Səfir Xalid Usman Qayser Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Diplomat qeyd etdi ki, əsası dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsində səylərini əsirgəməyəcəkdir. Səfir Heydər Əliyev Fondu tərəfindən ölkəsində həyata keçirilən humanitar layihələrin əhəmiyyətini minnətdarlıqla vurğuladı. Xalid Usman Qayser Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyəcəyini bildirdi.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024