Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (31-01-2014, 18:01)
Şeyx Heydər Əliyev haqqında nə deyib? - Skandal

Allahşükür Paşazadənin doktor Abdullahla biznesi və Küveyt əmirinin müşavirindən qaçqınlar üçün aldığı puldan hansı muavininin xəbəri vardı?


Şeyxin vəhhabilərə qarşı “səlib yürüşü” özünə doğru çevrilir. Bu barədə "Mediatv.az"-a məlumat verən mənbənin sözlərinə görə, Allahşükür Paşazadənin vaxtilə açılmasına yardım etdiyi telekanalın apardığı kampaniyaya dəstək verməsi QMİ-nin daxilində çaxnaşmaya səbəb olub. 

Məscidlər Şeyxin xütbəsindən imtina edirlər 

Bu barədə məlumat verən mənbənin sözlərinə görə, şeyxin nurçu və sələfiləri xəvariclərlə eyniləşdirməsinə birinci müavin səviyyəsində etiraz var. Belə ki, QMİ-də sünnilərin təmsilçisi olan Hacı Salman Musayev həm də hər iki qrupla da biznes əlaqələrinin koordinatoru sayılır. Bu səbəbdən də şeyxin Suriya ilə bağlı fətvasına yalnız öz millətindən olan bir neçə axunddan başqa dəstək verən olmayıb. 

Mətbuata baxdıqda, şeyxə dəstək verənlər aşağıdakılardır: 

- Cavanşir Paşazadə - Şeyxin qardaşı
- Qalib Salahzadə - Şeyxin qudası
- Mirəziz Seyidzadə - Şeyxin yerlisi  
- Hacı Surxay Məmmədli – Şeyxin yerlisi 


Göründüyü kimi, QMİ-nin nüfuzlu din xadimləri bu məsələdə susqun qalmağa üstünlük verirlər. Eləcə də, məscidlər də bu məsələdə şeyxin istədiyi kimi addım atmaqdan imtina ediblər. Belə ki, PİA.AZ-a daxil olan məlumatd bildirilir ki, “Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi imamlar şeyxə etirazlaırnı bildirdilər. Qazilər şurasının sədri Mirəziz Seyidzadənin hazırladığı son fətva idarəyə tabe olan məscidlərdə cümə xütbəsində oxunmadı. Qafqaz Müsəlmanlar İdarəsinin son fətvası ,hansı ki xavariclər,nurçular,sələfilər,vahhabilər adı çəkildirdi, həmin xütbə bütün məscidlərdə bu gün cümə xütbəsində oxunması tələb edilmişdi. 

İlahiyyat, Qaraçuxur, Göy Məscid, Mehdiabad məscidlərinin imamları bu fətvanın təfriqəçilik saldığını və məscidə müxtəlif etiqadlı insanların bir yerdə namaz qıldıqlarını bəhanə gətirməklə oxumaqdan imtina ediblər. Məscid imamları deyir ki, Mirəziz Seyidzadə kabinetdə oturub əmrlər verir, məsciddə camaatla üzbəüz qalan və təzyiqlərə məruz qalan bizik. 

QMİ-nin qalası - “Göy Məscid”in imamı Şeyxə qarşı 

Ən maraqlısı isə Göy Məscidin sünni imamı Bəhruzun xütbəsində Allahşükür Paşazadəni hədəf alması olub. Belə ki, Bəhruz xütbədə “Bilin əgər Suriyaya göndərilmə yerinin biri Türkiyə, İstanbuldursa o birisi də Qum şəhəridir. Bu gün müsəlmanları bölən, bir-biri ilə döyüşdürən HizbuŞeytandır.(Türkiyədə və Ərəb dünyasında Hizbullaha HizbuŞeytan deyilir.Yəni Allahın partiyası yox Şeytanın partiyası). Mən sizə bunu deyirəm,necə qəbul edirsiniz edin” deyərək, tamamilə QMİ-nin siyasətinə zidd çıxış edib”. 

Mənbəmizin sözlərinə görə, Bəhruz Hacı Salmanın adamıdır. Keçən il məmurları xütbədə təngid etdiyi üçün məsciddən uzaglaşdırılsa da, Haci Salmanın səyi nəticəsində yenidən məscidə qayıdıb. O da bildirilir ki, təkcə sünni məscidləri şeyxə tabe olmurlar. Artıq hər keçən gün Allahşükür Paşazadədən QMİ daxili narazılar çoxalmaqdadır. Elə son çıxışından sonra havada uçuşan kompromatların əksəriyyəti də daxildən sızdırılmaqdadır. QMİ daxili mənbələr bildirir ki, şeyx Babtin və doktor Abdullah məsələsinin haradan çıxdığı ilə maraqlanmaqdadır. 

İngilis kəşfiyyatı Paşazadəni necə aldadıb? 

Çünki Allahşükür Paşazadə ilə bağlı məlumatlardan ən sensasiyalısı əslən Səudiyyə Ərəbistanından olan İngiltərə vətəndaşı olan doktor Abdullah ilə əlaqəsidir. Çünki iddialara görə, Paşazadə bu əlaqələrin 12 ildən sonra üzə çıxmasından çox narahat olub. Bu o anlama gəlir ki, şeyxin 10-15 illik fəaliyyəti üzə çıxarılacaqdır. 

Doktor Abdullah ilə əlaqəyə gəlincə, şeyxin İngiltərə vətəndaşı ilə marşrut biznesi qurduğu iddia olunur. İngiltərənin MI6 Kəşfiyyat Xidmətinin əməkdaşı dr.Abdullah bu biznes üçün 4 milyon 400 min dollar pulu Azərbaycana gətirib. 3.600.000 dollar məbləğində 120 avtobus, 800.000 dollar isə qaraj üçün istifadə olunub. Bu biznesi şeyx adına qaynı Əjdər aparıb. Hətta Doktor Abdullah Şeyxin etibarını qazanmaq üçün ərəb ölkələrinin iş adamları üçün xüsusi broşura çap edərək, Azərbaycanın və şeyxin rolunu reklam edib. Şeyx Abdullahın maliyyə kanalından istifadə etsə də, əslində Paşazadə bilmədən MI6 ondan və nüfuzundan istifadə etdi. Şeyxin və ətrafının güvənini qazanan Abdullahın sayəsində MI6 təkcə Azərbaycanın deyil, Rusiyanın Çeçenistandakı planlarına ciddi zərbələr vurdu. İslami camaatlar və digər məsələlər haqqında müfəssəl məlumatlar alan doktor Abdullah 1996-2002-ci illərdə İngiltərə kəşfiyyatına çox “yağlı” məlumatlar verdi. Lakin ikiarvadlı doktorun ailə münaqişəsinin sirrlərini ifşa edə bilmə ehtimalına görə, 2002-ci ildə Gürcüstana gedib, oradan da “yoxa çıxdı”. Buradakı bütün biznesi Şeyxə qaldığına görə, Paşazadə sevinsə də, uzun illər doktorun əslində Azərbaycana girərkən yatırdığı pulu çoxdan çıxardığını bilmədi. 

Bu faktları ilk Hacı Sabirdən eşitmişdik 

Onu da qeyd etməliyik ki, şeyxlə bağlı bu ittihamların bir çoxu yeni deyil. Xüsusilə Babtindən Xırdalanda İslam Universiteti tikmək üçün yüzmi.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024