Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-09-2014, 13:12)
Dağlıq Qarabağ problemi, yoxsa dağ münaqişəsi?

“The Economist" qəzeti "Dağ münaqişəsi" adlı məqalə dərc edib

 

 
İngiltərənin “The Economist” qəzeti illlərdir davam edən Dağlıq Qarabağ problemini şərh edib. 
 
Məcmuə “Dağ münaqişəsi” adlı məqaləsində yazır ki, Qarabağ münaqişəsnin davam etdiyi dağlarda bu yay Ukraynanın əks-sədası eşidilib.
Məqalədə deyilir ki, 1988-ci ildə münaqişə başlanandan bəri 30 min insan həlak olub və Azərbaycan ərazilərinin 20 faizi itirilib.
“The Economist” qeyd edir ki, 1994-ci ildə kövrək atəşkəs razılaşması əldə edilsə də, təmas xətti boyunca atışmalar həmişə davam edib. Bununla belə bu yay atışmalar və toqquşmalar artıb və artıq Azərbaycanla Ermənistanın sərhədlərinə də keçib.
“The Economist” bu hadisələrlə əlaqədar Ermənistan və Azərbaycan prezidentlərini təcili danışıqlar üçün Soçiyə dəvət edən Rusiya prezidenti Vladimir Putini məktəb direktoruna bənzədir.
Məcmuə yazır ki, gərginlik səngisə də, tərəflərin mövqeyində heç bir yaxınlaşma müşahidə olunmur. Belə ki, Ermənistan prezidenti Sarkisyan sentyabrın 2-də qondarma Dağlıq Qarabaq Respublikasının “müstəqilliyinin” 23-cü ildönümü münaibətilə təbrik edib və bölgənin "müstəqillyini" artlıq geriyədönməz reallıq adlandırıb.
Məqəladə Vaşinqtondakı Karnegi İnstitutunun analitiki Thomas de Waala istinadən bildirilir ki, məhz Ukranyada baş verən hadisələr Qarabağ münaqişəsində tərəflərin “ya siz, ya da biz mentalitetini” gücləndirib. Burada beynəlxalq vasitəçilərə olan etimad tükənib.
“The Economist” yazır ki, Azərbaycan rəsmiləri suverenlik və öz müqəddaratını təyin etmək prinsiplərindəki ikili standartlardan narazıdırlar.
“Onlar təəccüblənirlər ki, niyə Qərb Rusiyanı Krımı ilhaq etməsinə görə cəzalandırır, lakin Qarabağa görə Ermənistana qarşı eyni cür rəftar etmir – yazır “The Economist” – Qərb nə üçün Ukraynanın güc tətbiq etməklə öz suverenliyini bərpa etməsinə haqq qazandırır, lakin Azərbaycandan dinc səbr tələb edilir? Nəticədə Azərbaycan çəkindirici və ya dinc atəşkəsi saxlaya bilən qüvvə kimi Qərbə olan etimadını itirir” – deyə Amerikanın Azərbaycandakı keçmiş səfiri Metyu Braze qəzetə müsahibəsində bildirib.
Məqalədə bildirilir ki, Azərbaycan Rusiyanın hərbi bazaya və 4-5 minlik əsgəri qüvvəyə malik olduğu Ermənistana verdiyi təhlükəsizlik qarantiyasından narahatdır və bu mənada Azərbaycan rəsmiləri Qərbin Ukrayna hadisələrinə reaksiyasına da narahatedici meylin tərkib hissəsi kimi baxırlar.
Məcmuə Atlantika Şurasının təhlilçisi Sabina Freizerə istinadən belə bir nəticəyə gəlir ki, beynəlxalq təzyiq əvvəllər Azərbaycanı tormozlamaq vasitəsi kimi kara gəlirdisə, bu mexanizm indi artıq işləmir.
Məqalədə deyilir ki, Azərbaycanı bu münaqişədə fəal hərəkətdən çəkindirən iki amil zəifləyib. Bunlardan biri Azərbaycanın neft dollarları hesabına hərbi qüdrətini son dərəcə artırması, digəri isə beynəlxalq diplomatik həllin perspektivsizliyidir.
İrəvanda yerləşən Regional Təhqiqatlar Mərkəzinin direktoru Riçard Kirakosyan “The Economist”ə bildirib ki, açıq müharibə ehtimalı az olaraq qalır, lakin gərginlik və zorakılığa əl atmaq həvəsi sərhədlər boyunca təsadüf nəticəsində müharibə ehtimalını artırıb.
Analitikin fikrincə, belə bir təsadüfi müharibə onunla təhlükəlidir ki, bu münaqişəyə Rusiya, İran və Türkiyə də qarışa bilərlər.
“The Economist” xatırlaıdır ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasını və bunun müqabilində Qarabağ respublikasına öz statusunu təyin etmək hüququnun verilməsini nəzərdə tutan sülh planı mövcuddur.
Məqalədə deyilir ki, Qarabağ ermənilərinin fikrincə, onlara Azərbaycan-Ermənistan danışıqlarının masası arxasında yer verilməyincə, bu münaqişənin çözümü qeyri-mümkündür. Lakin hətta bu halda da qondarma Dağlıq Qarabaq respublikasının baş naziri Arayik Harutyunyan Azərbaycana hər hansı ərazilərin qaytarılmasını qeyri-real adlandırıb.
“The Economist” yazır ki, Dağlıq Qarabağda indi sakitlik olsa da, adamların əksəriyyəti zorakılıqların qayıda biləcəyini qaçılmaz hesab edir.

 

Dağlıq Qarabağ parlamentinin müdafiə komitəsinin rəhbəri Janna Qalstyan isə Çexovdan misal gətirir: “Divardan tüfəng asılıbsa, o hansı məqamdasa atmalıdır”…
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024