Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (23-06-2014, 13:01)
Ruhani: “Bəzi müsəlman ölkələri terrorçulara dəstək verir”

Ruhani: “Bəzi müsəlman ölkələri terrorçulara dəstək verir”

İran prezidenti bəzi müsəlman ölkələrinə xəbərdarlıq edib

 

 
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Həsən Ruhani bildirib ki, müsəlman dünyasındakı terrorçu qruplaşmalar İsrailə dəstək verir: “Bəzi müsəlman ölkələri neftin pulu ilə terrorçulara dəstək olur, ancaq həmin dövlətlər sabah sıranın onlara gələcəyini başa düşməlidirlər. Artıq heç kim Fələstin və Qüdsü düşünmür. Hazırda insanların qanına susayan vəhşilər uşaqları boğazlayır, gənc qızları kölə olaraq qaçırır, müsəlmanların evlərini başlarına uçurur, heç bir peyğəmbər və din adamına hörmət göstərmir. Bu da ağır faciədir. Bu gün müsəlmanların pis günü, təəssüf ki, sionistlərin yaxşı günüdür. Çünki sionistlərin pərdə arxasındakı rolu dəqiq olaraq ortadadır. Onlar müsəlmanları bir-biri ilə qarşı-qarşıya qoyaraq qırğın və ölümlərdən həzz alırlar. Sionistlər müsəlmanlar arasında savaş çıxarmaqla fələstinliləri rahatlıqla işgəncədən keçirməyə və Qəzzanı bombardmanları ilə məhv etməyə çalışır. Sionistlərin səbəb olduğu mühitdə artıq heç kimsə Fələstin və Qüdsü düşünmür bu iş üçün müxtəlif adlar altında İslam bayrağıyla insanların qanını axıdırlar. Sionist və barbarların şeytandan başqa bir məbudu yoxdur. Onlar Əfqanıstan, Pakistan, İraq, Suriya və Livan başda olmaqla müsəlman dünyasında qırğınlar törədirlər”.
 
İran prezidenti terrorçuları “yaşlı şeytan” adlandırıb: “Bayraqlarında “Lə ilahə illəllah” yazan terrorçular Allaha deyil, Şeytana tapınırlar. Adam öldürmək, şiddət və vəhşiliyə qarşı müsəlman dünyasının şiə və sünni üləmaları birləşib radikalizmə qarşı sülhə və vəhdətə çağırış etmələri zəruridir. Müsəlman dünyasında şiə və sünni arasında ayrı-seçkilik mövcud deyil. Uzlaşma içərisində yanaşı yaşayan şiə və sünnilər arasındakı qardaşlığın haqsız olaraq yox edilməsinin istənilməsində məqsəd İsrailin rahatlığının düşünülməsidir”.

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024