Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Dünya (13-01-2018, 09:58)
Ərdoğan: “Amerikansayağı ədalət” bütün dünyanı narahat edir

Ərdoğan: “Amerikansayağı ədalət” bütün dünyanı narahat edir

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan  ABŞ-da münsiflər məhkəməsinin “Halkbank” baş direktor müavini Mehmet Hakas Atillanın  İrana qarşı sanksiya rejimini pozmaqda təqsirli bilinməsi haqqında qərarını kəskin tənqid edib. Türkiyə dövlət başçısı  qərarı, “bütün dünyanı narahat edən amerikansayağı ədalət” kimi qələmə verib.

Mediatv.az  xəbər verir ki, bundan əvvəl Nyu-Yorkun cənub dairəsinin federal prokuroru vəzifəsinin icraçısı, münsiflər məhkəməsinin  Atillanı İrana ABŞ sanksiyalarından yayınmaqda kömək etməkdə təqsirli biliblər.

“Bu ədalət amerikansayağı olduqda, bütün dünyanı narahat edir.  Ədalətə bu cür yanaşma yolverilməzdir. Bu azmış kimi amerikalılar hələ dünyaya ədalət “dərsi keçir”. Bu cür yanaşmada beynəlxalq hüquq,  o cümlədən iki-tərəfli hüquqi münasibətlər öz qüvvəsini itirir” - deyə Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyə lideri 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhdin təşkilində təqsirli bilinən türkiyəli müxalifətyönlü islam din xadimi Fətullah Güləni Ankaraya təhvil verməkdən  imtina etdiyinə görə bir daha rəsmi Vaşinqtonu tənqid atəşinə tutub.

“ABŞ hökuməti Türkiyə məhkəmələrinin çıxardığı qərarlara hörmətsizlik edir. Biz Vaşinqtona  Gülənin cinayətləri haqqında iş materialları ilə dolu 100-dən çox bağlama göndərmişik”- deyə Türkiyə lideri əlavə edib.

ABŞ hökuməti ötən ilin mart ayında Türkiyədən gələn Atillanı həbs edib. O  ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqla, İranın xeyrinə çoxmilyonluq  tranzaksiyalar  aparmaq məqsədilə aha əvvəl həbs olunmuş türkiyəli-iranlı biznesmen Rza  Zərrabla əlbir olmaqda təqsirləndirilir. Məhkəməyə verdiyi ifadədə Zərrab,   sövdələşmənin baş tutması üçün Türkiyənin maliyyə nazirinə 50 milyon dollar məbləğində rüşvət verdiyini açıqlayıb. Zərrab eyni zamanda Ərdoğana qarşı ifadə verərək,  sonuncunun bu əməldən xəbərdar olduğunu istisna etməyib.

Türkiyə XİN  Mövlut Çavuşoğlu, Atillanın ABŞ-da həbsinin  FETO tərəfdarlarının təşəbbüsü ilə həyata keçirildiyini bildirib, baş  nazir müavini Bəkir Bozdağ isə  ABŞ-da Zərrab və Atillaya qarşı açılan cinayət işinin  Ankaraya qarşı sui-qəsd planı olduğunu söyləyib. Atilla ilə bağlı hökmün aprelin 11-də elan olunacağı gözlənilir.



Reklam
Xəbər lenti
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı