Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (14-12-2017, 19:00)
İsrailin kəşfiyyat naziri Livanı yer üzündən siləcəkləri ilə hədələdi

İsrailin kəşfiyyat naziri Livanı yer üzündən siləcəkləri ilə hədələdi

 

“Sizi əmin edirəm ki, Livanı daş dövrünə qaytararıq”.

Mediatv.az  Report-a istinadən xəbər verir ki, bunu İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Kats mərkəzi Səudiyyə Ərəbistanıda yerləşən “Elaph” qəzetinə müsahibəsində deyib.

11 ilə əvvəl Livanın "Hizbullah" qruplaşması ilə İsrail ordusu arasında baş verən döyüşlər haqqında sualı cavablandıran nazir bildirib ki, yenidən hərbi əməliyyatlara başlaya bilərlər: "Suriyada olduğu kimi hərbi əməliyyatlarla onlara (Livanın "Hizbullah" qruplaşmasını nəzərdə tutur) mane olacağıq. Bu dəfə daha güclü hücum edəcəyik və bütünlükdə Livanı hədəfə alacağıq”.

İ.Kats İranın Livanda raket bazası tikdiyindən xəbərdar olduqlarını söyləyib: “Biz müharibə istəmirik. Livana zərər vermək də bizi maraqlandırmır. Ancaq bir llvanlının İsrailə hücumunu belə qəbul edə bilmərik”.

Nazir Səudiyyə Ərəbistanının Qüds böhranı məsələsində İsrail ilə Fələstin arasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcəyini söyləyib.

Qeyd edək ki, İsrail Silahlı Qüvvələr Baş Qərargahının rəisi Gadi Eyzenkot də bir müddət əvvəl Səudiyyə Ərəbistanı KİV-inə müsahibə vermişdi. Bu iki ölkə münasibətləri tarixində ilk hadisə idi. Həmin müsahibənin Səudiyyə Ərəbistanı-İsrail arasındakı yaxınlaşmaya sübut kimi təqdim edilimişdi.

Xatırladaq ki, İsrael Katsın Səudiyyə Ərəbistanını ərəb dünyasının lideri olaraq tanıdığını bildirərək vəliəhd şahzadə Məhəmməd bin Salmanı ölkəsinə dəvət etidiyi barədə məlumat yayılıb.

Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik əlaqələr mövcud deyil. Bununla belə tərəflər arasında qeyri-rəsmi təmasların olduğu da etiraf edilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024