Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Dünya (12-11-2017, 15:30)
Azərbaycanlı iş adamının hotelində oğurluq – FOTO

Azərbaycanlı iş adamının hotelində oğurluq – FOTO

 

 

“Çerkizov” bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 2009-cu ildə Türkiyənin Antalya şəhərində tikilən “Mardan Palace” hotelində oğurluq hadisəsi qeydə alınıb.

Mediatv.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hotelin çölündə olan dekorativ qoruyucu çəpərlər gecə saatlarında naməlum şəxslər tərəfindən oğurlanıb.

Türkiyə polisi 2 metr uzunluğundakı 7 çəpəri oğurlayanları tapmaq üçün axtarışlara başlayıb.

Qeyd olunur ki, banka külli miqdarda borcu olan və satışa çıxarılan hoteldə işçilər işdən çıxarılıb, işıq kəsilib, siqnalizasiya sistemi ləğv olunub. Buna görə də obyektdə artıq bu kimi oğurluqlar günbəgün artır.

Xatırladaq ki, Moskvanın Basman rayon məhkəməsi noyabrın 11-də Telman İsmayılov barəsində qiyabi həbs qərarı verib. O, iki qətlin sifarişində ittiham olunur. Bundan öncə cinayət hadisələri ilə bağlı biznesmenin qardaşı Rafiq İsmayılov həbs olunmuşdu. O, 2016-cı ilin mayında Novorijsk şossesində ticarət kompleksinin rəhbəri Vladimir Savkin və “Люблино моторс” şirkətinin təsisçisi Yuri Brilyovun qətlində təqsirləndirilir.

 

 



Reklam
Xəbər lenti
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı