Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (3-12-2017, 15:04)
Həbs olunan şahzadələrin saxlanıldığı yerin görüntüləri yayılıb – FOTO

Həbs olunan şahzadələrin saxlanıldığı yerin görüntüləri yayılıb – FOTO

 

Səudiyyə Ərəbistanında korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunaraq həbs edilən milyarder şahzadə əl Valid bin Talal və nazir Mutain saxlanıldıqları oteldə çəkdikləri “selfi”ni paylaşıblar.

Mediatv.az Report-a istinadən xəbər verir ki, onlar krallığın paytaxtı Ər-Riyaddakı “Ritz Carlton” mehmanxanasında saxlanılırlar.

Fotoda ən çox diqqət çəkən şahzadə əl Valid bin Talaldır. Səudiyyə Ərəbistanının ilk kralı olmuş ibn Səud kimi tanınan Əbdüləziz bin-Əbdürrəhmanın nəvəsi şahzadə əl Valid bin-Talal bin Əbdüləziz əl Səud 17 milyard dollar sərvətə malikdir. O, dünyanın ən zəngin 100 adamından biridir. 

Şahzadə əl Valid bin Talal 1955-ci ildə anadan olub. Böyük şirkətlərə sərmayə qoyub. Bu gün isə şahzadə bin Talal müxtəlif cinayətlər törətməkdə ittiham olunaraq Səudiyyə Ərəbistanının ən məşhur otelində saxlanılır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi noyabrın 4-də 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Həmin şəxslər qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunaraq həbs olunublar.

Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Yeni komitəyə isə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman başçılıq edir.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024
17 03 2024