Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (18-11-2017, 17:15)
Qırğızıstan Respublikasının keçmiş baş prokurorunun qardaşı öldürüldü

Qırğızıstan Respublikasının keçmiş baş prokurorunun qardaşı öldürüldü

 

Qırğızıstan Respublikasının keçmiş baş prokuroru, hazırda ölkə parlamentində müxalifəti təmsil edən deputat Alida Salyanovanın qardaşı Ulan Salyanov güllələnərək öldürülüb.

Mediatv.az “İnterfax”a istinadən xəbər verir ki, bunu keçmiş baş prokurorun vəkili Ulan Cumakov “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, maskalı və silahlı şəxslər Ulan Salyanovun mənzilinə hücum edərək, onu qətlə yetiriblər. Keçmiş baş prokurorun 1975-ci ildə anadan olmuş qardaşı aldığı güllə yarasından ölüb.

Qırğızıstan Respublikasının Daxili İşlər Nazirliyi hadisəni hələlik şərh etməyib.

Müxalifətdə olan “Ata-Meken” Partiyasından deputat olan Aida Salyanova Bişkek şəhəri Lenin rayon Məhkəməsinin qərarı ilə bu il oktyabrın 10-da əmlakı müsadirə olunmaqla, 5 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq onun himayəsində azyaşlı uşaq olduğundan hökmün icrası körpələr 14 yaşına çatanadək təxirə salınıb.

Qeyd edək ki, 2016-cı ilin sonunda Qırğızıstan Respublikasının Baş Prokurorluğu A.Salyanovaya qarşı ədliyyə naziri işlədiyi müddətdə vəzifə səlahiyyətlərini aşmaq maddəsi ilə cinayət işi açıb.

шаблоны для dle 11.2

Xəbər lenti
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024
17 03 2024