Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-09-2017, 16:35)
Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLAR

Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLAR

 

 

 

Bir neçə gündür, sosial şəbəkələrdə Arakandakı qətliamın görüntüləri kimi yayılan bəzi fotoların, əslində, fərqli tarix və hadisələrə aid olduğu üzə çıxıb.

Mediatv.az moderator.az-a istinadən həmin fotoları təqdim edir :

1. Çindəki zəlzələdən sonra 

2010-cu ilin aprel ayında Çinin Qinqhai bölgəsində baş verən 7.1 gücündəki zəlzələdə 1144 nəfər həyatını itirmişdi. Tibet keşişləri yaralılar üçün tibi məntəqələr yaratmış, həyatını itirən 700 nəfər dini mərasimlə yandırılmışdı. Arakandan olduğu iddiası ilə paylaşılan bu fotolar 17 apreldəki yandırılma mərasimi zamanı çəkilib.

2. 2010-cu ildə Demokratik Konqo Respublikasında baş verən qəzadan

Arakandan olduğu iddia edilən digər fotoşəkil 2010-cu ildə Demokratik Konqo Respublikasının şərqində yerləşən Sange qəsəbəsindən keçən bir yanacaqdoldurma tankerinin tərsinə çevrilib partlamasından sonra çəkilib. 210-dan artıq adamın ölümünə səbəb olan qəzanın ardından çəkilən fotoşəkil illərdir müxtəlif münaqişələrə və hadisələrə yanlış istinadla istifadə edilir.

3. 2003-cü ildə İndoneziyada

Bu fotonun da Arakandan olduğu iddiası doğru deyil. Fotoşəkil 2003-cü ildə İndoneziyanın Aceh bölgəsində çəkilib və mükafat alıb. Fotoşəkildə Azad Aceh Hərəkatı ilə dövlət qüvvələri arasında davam edən toqquşmalar zamanı öldürülən bir mülki şəxs və anasını görmək mümkündür.

4. 2010-cu ildə Haitidə

AFP müxbiri Olivier Laban-Mattei tərəfindən çəkilən və "World Press Photo"ndan 2011-ci ildə birincilik mükafatı alan fotoşəkil 2010-cu ildə Haitidə çəkilib. Fotoda 12 yanvar 2010-cu ildə reallaşan Haiti zəlzələsinin ardından Port-au-prince xəstəxanasının meyitxanası görünür.

5. 1994-cü il Ruanda soyqırımından

Fotoşəkil Albert Facelly adlı Fransız fotoqraf tərəfindən 800 min Tutsi və mülayim Hudun Hutular tərəfindən öldürüldüyü 1994-cü ildə çəkilib. "World Press Photo" tərəfindən ikinci yer mükafatına layiq görülüb. 

6. Hindistandan bir karate nümayişindən

Fotonun Myanmanın Arakan bölgəsindəki müsəlmanlara işgəncə edildiyini göstərdiyi iddiası doğru deyil. Sözügedən fotoşəkil 2009-cu ildə Hindistanda bir dövlət məktəbindəki karate nümayişi zamanı çəkilib. 

7. 2004-cü ildə Taylandda

Taylandda müsəlmanların yaşadığı Tax Bay regionunda 2004-ci ilin yanvar ayında başlayan nümayişlər 500 nəfərin ölümünə səbəb olub. Bu foto da 2004-cü ilin oktyabrında eyni bölgədə çəkilib. Fotoşəkildə Tax Bay etirazçılarının polis tərəfindən həbs olunduğu an əksini tapıb.

8. 2008-ci il Nargis qasırğasından

Suda boğulmuş uşaqların görüldüyü bu fotoşəkil isə Myanmarda, 2008-ci ildə ölkəni vuran Nargis qasırğasından sonra çəkilib. Vətəndaşlar tərəfindən çəkilən və CNN-ə göndərilən fotoşəkilə bənzəyən başqa görüntülərə "Youtube"da yer alan videolarda da rast gəlmək mümkündür. 

9. 2004-cü ildə çəkilmiş bir filmdən

Bu fotonun da Arakandan olduğu iddiası doğru deyil. Fotoşəkil 2004-cü ildə çəkilmiş Luis Mandokinin "Voces inocentes" adlı filmindən bir səhnədir.

10. Çinli uşaqların Olimpiya təlimlərindən

Bu fotolar da Çində olimpiadalara hazırlaşan uşaqların təlimlərindən çəkilən görüntülərə aiddir. "Barcoft Media" tərəfindən çəkilən fotolar 2012-ci ildə çinli uşaqların olimpiadalara necə hazırlaşdığını nümayiş etdirmiş və mübahisələrə səbəb olmuşdu. Mövzu ilə bağlı hazırlanan "Little Big Dreams" adlı bir sənədli filmə "Youtube"dan baxmaq mümkündür.

11.  2012-ci il, Tibet

Arakandan olduğu iddiası ilə bölüşülən digər bir fotoşəkil isə 2012-ci ildə Tibetdə özünü yandıraraq, Çin rəhbərliyinə etiraz edən bir nəfəri göstərir. Jampa Yeşi adlı tibetli gənc Çin rəhbərliyinin siyasətinə etiraz etmək üçün özünü oda verib və əlli metr qaçandan sonra ətrafdakıların köməyi ilə söndürülüb. Fotolar AFP müxbiri Manish Svarupa aiddir.

12. Başsız qalan uşaq görüntüsü Kambocada 2015-ci ildə baş verən qəzadan sonra çəkilib

Arakandan olduğu iddiası ilə bölüşülən digər bir fotoşəkil isə 2015-ci ildə Kambocanın Oddar Meanchey bölgəsində reallaşan bir yol qəzasının ardından çəkilib. Həmçinin foto daha əvvəl IŞİD-in həyata keçirdiyi bir təcavüzdən olduğu iddiası ilə sosial mediada paylaşılıb.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024