Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (14-08-2017, 11:25)
Tanınmış jurnalist itkin düşüb

Tanınmış jurnalist itkin düşüb

 

Danimarka polisi əldəqayırma sualtı qayığın konstruktoru Peter Madsenlə birlikdə üzərkən itkin düşmüş isveçli jurnalist Kim Vallın axtarışını davam etdirir.

Mediatv.az  virtualaz.org-a istinadən xəbər verir ki, sözügedən qayıq həftənin 5-ci günü batıb. Madsen xilas olsa da, jurnalist itkin düşüb. Daha sonra qayığı da tapıb sudan çıxarıblar və Kopenhagenə aparıblar.

"Qayıq axtarılıb, amma onun göyərtəsində heç kəs tapılmayıb", — deyə bu gün Kopenhagen polisinin qətl şöbəsinin rəisi Yens Meller jurnalistlərə bildirib.

Daha əvvəl isə polis bildirmişdi ki, sualtı qayıq məqsədli şəkildə batırılıb və bunda məqsəd qətli ört-basdır etmək olub.

Madsenlə bağlı ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə cinayət işi açılıb və o, ötən gün nəzarət altına alınıb. Madsen özü isə bu ittihamı rədd edib. Madsenin sözlərinə görə, o, jurnalisti qayıqla gəzintidən və müsahibədən sonra adaların birinə düşürüb.

Bununla belə, həftənin 4-cü günündən indiyə qədər tanınmış jurnalist Valldan heç bir xəbər yoxdur. Həftənin 5-ci günü onun itkin düşdüyü barədə məlumatı polisə jurnalistin dostu verib. Çünki o, planlaşdırıldığı kimi, evə qayıtmayıb.

"Biz hələ də ümid edirik ki, Kim Vallı sağ-salamat tapacağıq. Amma özümüzü başqa varianta da hazırlayırıq", — deyə Meller bildirib.

Madsen 2008-ci ildə "Nautilus" sualtı qayığını inşa edib. O zaman "Nautilus" bu qəbildən olan ən böyük qayıq idi.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024