Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-06-2017, 11:21)
London sakini terror aktından sonra restorana qayıdıb və hesabı ödəyib

London sakini terror aktından sonra restorana qayıdıb və hesabı ödəyib

 

Londonda Boro bazarında restoranda şam yeməyi zamanı terror aktının şahidi olan britaniyalı siyasi fəal Riçard Encell ertəsi gün hesabı ödəmək və ofisiantlara bəxşiş vermək üçün geri qayıdıb.  

Mediatv.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “BuzzFeed” məlumat yayıb. 

“Restoranın əməkdaşları özlərini unudaraq müştərilərə yardım edirdilər, həm də yeməklər çox gözəl idi”, - “İnkişaf” partiyasının direktoru Encell bildirib. 

Terrorçular bazara yaxınlaşdıqda o, dostları ilə “Arabica Bar & Kitchen” adlı restoranda istirahət edirdi. Onun sözlərinə görə, küçədə qan içində olan insanları görüb və atışmanı eşidib. Restoranda olanlar təşvişə düşüblər. 

“Anidən mühafizəçilərin qapıları bağladıqlarını anladıq, bizə aşağı əyilməyi və gizlənməyi söylədilər. İnsanlar döşəməyə uzanmışdılar”, - Encell bildirib. 

O, polislərin və tibb işçilərinin hadisə yerinə dərhal gəldiklərini vurğulayıb. Onun sözlərinə görə, asayiş keşikçiləri artıq bir neçə dəqiqədən sonra bazardan və ətrafda yerləşən obyektlərdən insanların təxliyəsinə başlayıblar. Amma çətinlik şənbə axşamı çoxunun sərxoş olmasında idi, bu səbəbdən də polislər bəzi müştəriləri qucaqlarında çıxarmalı oldular. 

İyunun 3-də axşam ağ furqonda London körpüsünün yaxınlığında insanlara hücum edən terrorçular Boro bazarına qədər gəliblər, burada avtomobildən çıxaraq bıçaq ilə piyadalara hücum ediblər. Yeddi nəfər ölüb, 48 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Son məlumata görə, 20-dən çox adam xəstəxanalarda kritik vəziyyətdədirlər, bu barədə “The Telegraph” məlumat yayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024