Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (30-05-2017, 11:16)
Makron “Sputnik” və RT-ni “təxribatçı orqanlar” adlandırdı

Makron “Sputnik” və RT-ni “təxribatçı orqanlar” adlandırdı

 

Vladimir Putin ilə birgə keçirdiyi mətbuat konfransında Emmanuel Makron Rusiyanın RT və “Sputnik” KİV-ni “təxribatçı orqanlar” hesab etdiyini deyib.

Mediatv.az rbc.ru-ya istinadən xəbər verir ki, bir qədər sonra isə Dmitri Peskov Kremldə bu qiymətləndirmə ilə razı olmadıqlarını bildirib. 

Mətbuat konfransı zamanı Fransa prezidenti Emmanuel Makron seçki qərargahına Rusiyanın “Sputnik” və RT (“Russia Today”) nəşrlərinin jurnalistlərinin niyə buraxılmadığına dair suala cavab verib. 

Makronun sözlərinə görə, onun xarici jurnalistlərlə əla münasibəti var, amma “KİV orqanları abırsız riyakarlıq yaydığı zaman, onları artıq jurnalist hesab etmək olmaz”.

Fransalı lider, əsasən, “Sputnik” və RT-ni şəxsən onun və onun seçkiqabağı kampaniyası haqqında riyakar xəbər yayan “təxribatçı orqanlar” adlandırıb. 

“Russia Today” və “Sputnik” özlərini mətbuat orqanı kimi deyil, nüfuz və təxribatçı orqan kimi aparırlar”, - fransalı lider bəyan edib.

Onun sözlərinə görə, bu KİV-in jurnalistləri məhz bu səbəbdən onun seçki qərargahına buraxılmayıblar. Yekunda isə Makron əlavə edib ki, bu məsələdə o, “geri çəkilmək” niyyətində deyil. 

Mətbuat konfransı zamanı Putin Makronun sözlərini şərh etməyib. Daha sonra Dmitri Peskov Kremlin Fransa prezidentinin mövqeyinə dair şərhini bildirib. “Biz bu qiymətləndirmə ilə razı deyilik”, - Peskov “RİA Novosti”yə bildirib.  

“Sputnik” və RT-nin baş redaktoru Marqarita Simonyan Makronun mövqeyinə dair “Twitter” hesabında şərh yazıb. “Makronun məntiqinə görə, aparıcı KİV-i Rusiyadan sürgün etmək lazımdır”. O, həmçinin Makronun sözlərini “ucuz vodevil” adlandırıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024