Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (17-06-2017, 18:09)
Pentaqon Suriyada məscidi bombaladığını etiraf edib

Pentaqon Suriyada məscidi bombaladığını etiraf edib

 

ABŞ Mərkəzi Komandanlığı araşdırma nəticəsində qənaətə gəlib ki, ölkə aviasiyası martın 16-da Suriyanın Əl-Cin kəndi ətrafında məscidin bir hissəsi olan tikiliyə zərbə endirib.

Mediatv.az xəbər verir ki, bu barədə Pentaqonun nümayəndələrinə istinadən CNN telekanalı məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, aviazərbəyə məruz qalan bina əvvəllər dini məqsədlərlə istifadə olunub.

Qeyd edilir ki, Amerika hərbçilərinə dini məqsədlərlə istifadə olunan binalara, xəstəxana və məktəblərə zərbə endirmək qadağan olunub.

Bununla yanaşı, əgər həmin tikililərdə terrorçular tərəfindən istifadə olunduğu təsdiq edilərsə, bu tikililər zərbə endirilməsi qadağan edilən obyektlər siyahısından çıxarıla bilər. 

Bununla yanaşı, binanın “müdafiə” statusundan məhrum olmasına dair məlumat dəqiqləşdirilmir. 

Martıq 17-də aviazərbənin hədəfi məscid deyil, yaraqlıların görüşdüyü obyekt olduğuna dair məlumat yayılmışdı. 

Daha sonra Pentaqon, Suriyada Əl-Cində zərbə nəticəsində onlarla yaraqlının zərərsizləşdirildiyinə dair məlumat yaydı. 

шаблоны для dle 11.2

Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024