Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (2-05-2017, 10:57)
ABŞ-ın FTB əməkdaşı İŞİD üzvünə ərə gedib

ABŞ-ın FTB əməkdaşı İŞİD üzvünə ərə gedib

 

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşı Daniela Qrin Suriyada İŞİD terror qruplaşmasının üzvü Denis Kaspert ilə ailə qurub.

Mediatv.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, FTB-də D.Qrinə İŞİD terror qruplaşmasının üzvü barədə araşdırmalarda iştirak etmək tapşırılıb.

FTB-nin tərcüməçisi olan D.Qrin rəhbərliyinə getmək niyyətində olduğu yer barədə yalan danışaraq, D.Kaspertə onun haqqında araşdırma aparılması barədə xəbərdarlıq edib. Bundan sonra onlar arasında qarşılıqlı etibar yaranıb və onlar 2014-cü ildə ailə qurub, lakin KİV-lərə bu barədə yalnız indi məlum olub.

Xəbərdə bildirilir ki, D.Qrin ABŞ-a qayıdıb və həbs edilib. D.Qrin hökumətlə əməkdaşlıq etməyə razılaşıb. Məhkəmə D.Qrin barəsində 2 il həbs cəzası qərarı verib. Ötən il yayda D.Qrin azadlığa buraxılıb.

Qeyd edək ki, 2015-ci ilin oktyabr ayında CNN telekanalı belə məlumat yaymışdı ki, 39 yaşlı D.Kaspert ABŞ aviasiyasının hücumu zamanı Suriyada ölüb.

D.Kaspert ABŞ Dövlət Departamentində əsas təhlükəli beynəlxalq terrorçuların siyahısında olub.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024