Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (21-04-2017, 11:31)
İŞİD Parisdəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Parisdəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb

 

Beynəlxalq terror təşkilatı “İslam dövləti” (İŞİD) Parisdə polislərə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Mediatv.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.  

Məlumatda hücumun İŞİD “əsgərlərindən” birini törətdiyi bildirilir, bu, Belçika vətəndaşı Abu Yusifdir.  

Fransa prezidenti Fransua Olland televiziya vasitəsilə etdiyi müraciətində bildirib ki, aprelin 21-də təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri üzrə təcili iclasın keçiriləcəyini bəyan edib. 

Polislərə hücum aprelin 20-də baş verib. Xidməti avtomobilin yanında dayanan digər avtomobildən enən kişi polislərə atəş açıb. Polis əməkdaşlarından biri hadisə yerində ölüb, digər iki polis yaralanıb. Daha sonra yaralı polislərdən biri xəstəxanada keçinib. Cinayətkar zərərsizləşdirilib, amma onun əlbiri hadisə yerindən qaçıb.

Parisdə xüsusi əməliyyatlar keçirilir. İkinci şübhəli şəxsin axtarışı aparılır. Polisin məlumatına görə, şübhəli bilinən şəxs Parisə Belçikadan gəlib. 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024