Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (18-04-2017, 14:34)
Gürcüstan XİN: Rusiya təxribatçı addımlara davam edir

Gürcüstan XİN: Rusiya təxribatçı addımlara davam edir

 

Gürcüstan XİN-i Rusiyanı təxribatçı hərəkətlərə son qoymağa və suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.

Mediatv.az apsny.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda deyilir. 

“Gürcüstanın dövlət sərhədinin pozulması və Suxumidə diplomatik nümayəndəliyin yeni binasının qanunsuz açılışı ilə müşayiət olunan səfər beynəlxalq hüququn fundamental normaları əsasında Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipini kobud şəkildə pozur”, - bəyanatda deyilir. 

Bu cür hərəkətlər rəsmi Moskvanın Gürcüstana qarşı təxribatçı siyasətinin davamıdır və suveren dövlətin sərhədlərinin zor yolu ilə dəyişdirilməsi məqsədi güdür. Bu kimi addımlarla Rusiya nəticəsiz olaraq işğalçı rejimlərə legitimlik vermək istəyir.

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, o cümlədən 12 avqust 2008-ci ildə imzalanmış atəşkəs razılaşmasına dair öhdəliyi yerinə yetirməyə çağırır.

Rusiya XİN rəhbəri Sergey Lavrov 18-19 aprel tarixlərində Abxaziyaya rəsmi səfərə hazırlaşır. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. 

Zaxarovanın sözlərinə görə, danışıqlar zamanı gündəmdə olan məsələlər üzrə fikir mübadiləsi planlaşdırılır. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024