Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-04-2017, 20:34)
Kürdüstan müstəqilliyin bir addımlığında: Türkiyə qəti əleyhinədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Kərkük əyalətinin administrasiyasından Şimali İraqın Kürd Muxtariyyətinin bayraqlarından istifadədən imtina etməyi tələb edib və hədələyib ki, əks-təqdirdə bu, yerli hakimiyyətə baha başa gələcək.

Mediatv.az-ın məlumatına görə, çərşənbə axşamı Zonquldağ şəhərindəki mitinqdə çıxış edən Ərdoğan deyib: "Biz Türkiyədə onunla razı deyilik ki, Kərkük kürdlərə aiddir. Kərkük turkmanlara, ərəblərə və kürdlərə - hamısına birlikdə aiddir. Kimsə iddia edirsə ki, Kərkük ona aiddir, bu ona baha başa gələcək və o, Türkiyə ilə münasibətləri korlayacaq. Bayraqlarınızı dərhal endirin və İraq bayraqlarını yerinə qaytarın!”.

*   *   *18:12

İraqın şimalındakı Kərkük vilayəti Kürdüstan Muxtariyyətinin tərkibinə qatıla bilər.

Lent.az xəbər verir ki, bu gün Vilayət Şurasında məsələ ilə bağlı iclas keçirilib. Şuranın türkmən və ərəb üzvlərinin boykot etdiyi iclas kürd nümayəndələrin planlaşdırdığı kimi keçib və Kərkük şəhərinin Kürdüstan Muxtariyyətinin tərkibinə verilməsi barədə qərar qəbul edilib. Bu qərar vilayət ərazisində keçiriləcək referendumun nəticəsindən asılı olaraq qüvvəyə minəcək.

Qeyd edək ki, Kərkük Vilayət Şurasının sədri kürd əsilli Rebvar Tələbanidir. O, burada baş verənlərlə bağlı İraq hökumətini məlumatlandırdıqlarını deyib.

Onu da qeyd edək ki, Kərkük Vilayət Şurasının 41 üzvü var. Onlardan 26-sı kürd, 9-u türkmən, 6-sı isə ərəbdir. Keçən həftə kürdlərin iştirakı ilə keçirilən Şura məclisində Kərkükdə İraq bayrağı ilə yanaşı Kürdüstan Muxtariyyətinin bayrağının eyni hündürlükdə asılması barədə qərar qəbul edilmişdi. Maraqlıdır ki, İraq hökuməti Şuranın bu qərarını təsdiqləmişdi.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024