Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (16-03-2017, 17:44)
Yaxın Şərqdə sıxışdırılan vəhabilərin hədəfində Qafqaz da var - İDDİA

Yaxın Şərqdə sıxışdırılan vəhabilərin hədəfində Qafqaz da var
Yaxın Şərqdəki mövqelərini əldən verən İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsi üzvlərinin digər ərazilərə səpələnə biləcəkləri istisna edilmir.

Mediatv.az:   Bu barədə Rusiya Xarici İşlər Nazirliyi Moskva Beynəlxalq Münasibətlər İnstitutu Qafqaz və regional təhlükəsizlik Mərkəzinin baş elmi işçisi Əhməd Yarlıpakovun Yeniçağ.Ru-ya açıqlamasında qeyd olunub:

“İŞİD-in “Qafqaz vilayəti” yaradılandan sonra aydın idi ki, Qafqaz regionu terrorçuların əsas fəaliyyət prioritetləri sırasındadır. Onlar Yaxın Şərqdə yerləşdikləri əsas məkanlarla yanaşı, Qafqaz da daxil olmaqla, digər ərazilərdə sürətlə öz şəbəkələrini yaradırdılar bu zaman orada mövcud olmuş “İmarət Qafqaz”ın infrastrukturundan istifadə edilirdi”.

Onun sözlərinə görə, hətta İŞİD-in konkret ərazidə məğlub edilməsi bu şəbəkə üzərində tam qələbənin əldə olunması anlamına gəlməyəcək:

“İŞİD-in Yaxın Şərqdəki mövqelərini itirməsindən sonra onun üzvləri digər regionlara, ilk növbədə isə özlərinin məxsus olduqları bölgələrə səpələnəcəklər. Təəssüf ki, onların Qafqaza axını da gözləniləndir”.

Yarlıpakov region dövlətlərinin ekstremistlərlə mübarizə imkanları haqqında bunları deyib:

“Bu, ilk növbədə güc potensialından asılı məsələdir. Ancaq qeyd olunmalıdır ki, əhali arasında terrorçulara dəstək verilmir – “İmarət Qafqaz”ın süqutu da bu amili təsdiqləyir. Eyni zamanda dərk edilməlidir ki, terror təhlükəsi güc vasitəsilə həll oluna biləcək təhdidlər sırasında deyil. Oturuşmuş güc strukturlarına malik dövlətlər də terror qarşısında acizdirlər. Bu mənada, Qafqaz terror hücumlarından sığortalanmayıb”.

Ekspertin fikrincə, region dövlətləri bu təhlükəyə qarşı müəyyən təhlükəsizlik tədbirləri görürlər:

“Deyim ki, bu çərçivədə klasskik metodlardan – sərhəddə nəzarətin gücləndirilməsi və s. – kompleks tədbirlər həyata keçirilməlidir. O cümlədən, korrupsiyanın miqyası azaldılmalıdır. Çünki korrupsiya terrorçuların əsas müttəfiqlərindən biridir. Qərarverici şəxslərin satın alınması terrorçuların işini xeyli asanlaşdırır”. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024