Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (9-03-2017, 18:24)
Mərkəzi Kəşfiyyat İdarəsi Putini də dinləyirmiş

Bir neçə gündür ki, dünya mediası qalmaqallı WikiLeaks saytının Amerika Mərkəzi Kəşfiyyat İdarəsindən ələ keçirərək yaydığı minlərlə məxfi sənədi müzakirə edir.

Mediatv.az xəbər verir ki, Qərb mediasının yazdığına görə açıqlanan sənədlərə əsasən Mərkəzi Kəşfiyyat İdarəsinin hakerləri məxfi kompüter proqramlarının vasitəsilə praktiki olaraq bütün elektron qurğuları, hətta “ağıllı” Samsung televizorlarını da dinləyir. Və dinlənilən şəxslər arasında Rusiyanın rəsmi şəxsləri, o cümlədən prezident Vladimir Putin də olub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, Amerika kəşfiyyatının prezident Putin də daxil olmaqla rəsmi şəxsləri dinləməsi, yaxud buna cəhd göstərməsi haqda yayılanlar “diqqətə layiqdir”. Onun sözlərinə görə, Rusiyaya sirr deyil ki, Amerika kəşfiyyatı xarici ölkə rəsmilərini, o cümlədən Rusiya rəsmilərini fəal şəkildə dinləyir. Bununla belə Peskov açıqlanan məxfi məlumatların xüsusi olaraq öyrənilməsinin vacibliyini deyib.

Xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Amerika kəşfiyyatının şəxsən onu dinləmək səyləri haqda çoxdan bilir. Lavrovun sözlərinə görə, belə dinləmələrdən qorunmaq üçün o, həssas mövzulara dair danışıqlara yanında hər hansı telefon olmadan qatılır.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024