Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-03-2017, 10:50)
Türk ordusunda həm hicab, həm də saqqal sərbəst olacaq

Türkiyə Silahlı Qüvvələrində xidmət edən qadınların hicab taxmasına icazə veriləcəyi açıqlanmışdı.

Mediatv.az:  Bu məqsədlə hərbi məcəllədə dəyişikliklər ediləcəyi nəzərdə tutulur. İndi də mühafizəkar müsəlman kəsimin orduda xidmət edən kişilərə saqqal saxlamaq hüququ verilməsi məsələsi gündəmə gəlib.
“The Independent” yazır ki, müşahidəçilər bunu Türkiyə ordusunun dünyəviliyin müdafiəçisi olmaq missiyasından, Mustafa Kamal Atatürk prinsiplərindən uzaqlaşmaq və Ərdoğana sadiq dindar hərbi qüvvə yaratmaq cəhdi kimi qiymətləndiri. Qəzet yazır ki, dəyişiklik söhbətləri ötən ilin iyulunda baş tutmayan çevriliş cəhdindən sonra hərbi xidmətə ilk çağırış dövrünə təsadüf edir.
Mühafizəkar kəsim deyir ki, hərbçi xanımlara baş örtüyü icazəsinin verilməsi onları ruhlandıracaq. Silahlı qüvvələrdə işləyən qadınlara hicab, kişilərə isə saqqal saxlamaq icazəsi artıq verilib. Bu qanun fövqəladə vəziyyətdə, parlament müzakirəsi olmadan fərman şəklində qəbul olunub. Amma bir məsələ var ki, hazırda NATO-nun böyüklüyünə görə ikinci ordusunun islamlaşdırılması bir sıra keçmiş zabit və generalları narahat edir. Keçmiş kontradmiral Türkər Ərtürk deyib: “Nələr baş verdiyi aydındır. Onlar yeni hərbi sistem qururlar və buna akademiyalar üzərində nəzarəti ələ almaqla başlayıblar”.
Bununla belə, Türkiyədə hakimiyyəti tənqid etmək təhlükəli bir iş olaraq qalır. Məsələn, “Hürriyet” qəzeti hicab məsələsindən ordunun “narahat olduğunu” yazdıqdan sonra onu prokurorluqla hədələyiblər.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024