Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (6-03-2017, 11:12)
Ərdoğan Almaniyanı hədələdi:"Əks halda sizin xeyrinizə olmayacaq!"

erdogan

Mediatv.az xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan çağdaş Almaniyanı nasizmdə ittiham edib. Onun sərt açıqlaması Almaniyada türkiyəli nazirin çıxışını bloklamaq barədə hökumətin qərarından sonraya təsadüf edir.

Ərdoğan müasir Almaniya ilə onun nasist keçmişi arasında analogiyaya barmaq tuşlayıb. Bu ittiham Türkiyə liderinin qadın təşkilatları fəalları qarşısındakı çıxışı zamanı səslənib. Bununla da Prezident, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın Almaniyadakı türk diasporu qarşısında çıxışının Almaniya hakimiyyəti tərəfindən qadağan edilməsinə cavab vemiş olub.

«Ey, Almaniya! Siz, demokratiyaya heç yaxın düşməmisiniz. Çünki sizin fəaliyyətiniz nasist keçmişinizin davranışından fərqlənmir. Hollandiya da sizin kimi davrandı, güman ki, digərləri də qoşulacaq. Amma siz, Türkiyəyə hörmət edəcəksiniz, əks halda, nəticə sizin xeyirinizə olmayacaq» – deyə, Ərdoğan bəyan edib.

Qeyd edək ki, bu, Türkiyə hakimiyyət nümayəndələrinin Almaniyanın ünvanına səsləndirdiyi ilk sərt bəyanat deyil. Bundan bir qədər əvvəl ölkənin ədliyyə naziri Bəkir Bozdağ bəyan edib ki, Almaniyanın kansleri Angela Merkel faşizm təcrübəsini tətbiq edir, bununla insan haqlarını pozur və öz siyasəti ilə terrorçuluğun tərəfdarına çevrilir.

Başqa sözlə, «o da nasit, bu da nasist – o da alman, bu da alman…».

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024