Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-02-2017, 14:46)
Həsən Ruhani: “Amerika İran xalqının hüquqlarını pozur”

Ruhani 9

İslam inqilabının 38-ci ildönümü münasibətilə İranda təntənəli bayram tədbirləri başlayıb.  

Mediatv.az:   Paytaxt Tehran şəhərində yerli vaxtla səhər saat 09:00-da yerli və xarici qonaqların iştirakı ilə tədbirlərin rəsmi açılış mərasimi keçirilib. 
Paytaxt Tehran şəhərinin müxtəlif xiyabanlarından vətəndaşlar Azadlıq meydanına tərəf axın edib. Onlar “İstiqlal!”, “Azadlıq!”, “İslam Cümhuriyyəti!”, “Amerikaya ölüm!”, “İsrailə ölüm!” və s. şüarlar səsləndirib, əllərində Donald Trampın müsəlmanlara və İrana qarşı siyasətini pisləyən plakatlar daşıyıblar. 

Eyni vaxtda İranın 1000 şəhər və qəsəbəsində, eləcə də 4 min kəndində bayram mərasimləri və yürüşlər başlayıb.

İran prezidenti Həsən Ruhani Tehranın Azadlıq meydanına toplaşan yürüş iştirakçıları qarşısında çıxış edib. O bildirib ki, islam inqilabı İran tarixində önəmli dönüş nöqtəsidir: “İslam inqilabı İranı əcnəbilərə və Amerikaya bağlılıqdan qurtardı, xalqın taleyi öz əlinə keçdi”.

H. Ruhani ABŞ-ın İran xalqının hüquqlarını pozduğunu və mal varlıqlarını qəsb etdiyini vurğulayıb. O, ötən həftələr ərzində Amerika ilə bağlı Haaqa məhkəməsinə şikayət verdiklərini söyləyib. 
H. Ruhani çıxışında İranın əldə etdiyi uğurlardan danışaraq deyib ki, ötən il İranın qeyri-neft ixracatı 900 milyon dollar artıb: “Bu il də qeyri-neft ixracatında artım gözlənilir. Ötən 3 il müddətində İran büdcəsinin neftdən asılılığı hər il azaldılıb”

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024