Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-02-2017, 21:13)
Sərkisyandan mesaj: “Əraziləri qaytarmağa hazırıq”

Sərkisyandan mesaj: “Əraziləri qaytarmağa hazırıq”

Dağlıq Qarabağda güzəştlər etməyə hazırıq. Lakin bu, qarşılıqlı olmalı və təzyiq altında baş verməməlidir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Serj Sərkisyan dünən sədri olduğu Respublika Partiyasının siyasi məktəbində çıxışı zamanı deyib.

Serj Sərkisyan ümumi qorxulardan danışıb və deyib ki, dünyada qorxmaz insan yoxdur:

“Lakin nə vaxt həyəcan qorxuya çevrilirsə, bu pisdir. Sən həyəcan altında öz qərarlarını dəyişdirirsənsə, deməli, qorxaqsan. ABŞ Prezidenti Con Kennedinin yaxşı sözü var: “Danışıqlardan və ya güzəştlərdən qorxmaq lazım deyil. Lakin təzyiq altında güzəştə getmək olmaz”. Məncə Kennedinin bu sözləri günümüzə uyğundur. Biz Dağlıq Qarabağ məsələsində güzəştlərə hazırıq, lakin bunun təzyiq altında olmasına qarşıyıq. Nə daxili, nə də xarici təzyiqi qəbul etmirik”.

Qeyd edək ki, Sərkisyanın bu mesajı Moskvaya göndərdiyi aydın məsələdir. Onun “biz güzəştlərə hazırıq, amma təzyiq altında olmamalıdır” sözlərini əslində belə oxumaq olar: “Biz ərazilərin qaytarılmasına hazırıq, lakin...” Çünki Dağlıq Qarabağla bağlı Ermənistana təzyiq edəcək yeganə xarici qüvvə Rusiyadır. Rusiya münaqişənin həllinə çalışır. Doğrudur, Moskva məsələni daha çox öz maraqları çərçivəsində həll etməkdən yanadır. Lakin o da məlumdur ki, Rusiyanın planında ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması var. Bu məsələ Aprel müharibəsindən sonra daha aktiv şəkildə gündəmə gəldi. Görünür, Moskva İrəvana razılaşma ilə bağlı müəyyən təzyiqlər edir. Sərkisyan da mesajı məhz Rusiyaya ünvanlayır.

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024