Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-01-2017, 23:15)
Ramzan Kadırov Stalini əbədilik lənətlədi

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Stalinin çeçenlərin Qazaxıstana və Orta Asiyaya deportasiyasını respublika tarixində ən faciəvi səhifələrdən biri adlandırlb.

Mediatv.az-un məlumatına görə, bu nöqteyi-nəzərini o, çeçen xalqının dövlət quruluşunun bərpası gününə həsr edilmiş yığıncaqda söyləyib.

"İosif Stalin çeçenləri və başqa xalqları uçurumun kənarına gətirdi. Ona əbədi lənət olsun!" – deyə o 1944-cü il hadisələrini - Çeçen-İnquş MSSR-in ləğv olunması və onun əhalisinin Orta Asiyaya və Qazaxıstana sürgün edilməsi barədə SSRİ DMK-nın 5073 nömrəli qərarını xatırladaraq bildirib.

Çeçen və inquş xalqlarının kütləvi deportasiyası 23 fevral 1944-cü ildə Stalinin göstərişi ilə həyata keçirilib.

Rəsmi ittiham kimi onların faşist işğalçılarına kömək etdikləri göstərilmişdi. Çeçenlərin və inquşların öz vətənlərinə qayıtmalarına qoyulan qadağa 1957-ci ilin yanvarında götürüldü.

R.Kadırov buna - ədaləti bərpa etdiyinə görə SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşova təşəkkürünü də bildirib.

Onu da qeyd edək ki, R.Kadırov çıxışının videosunu bu gün Instagram-da yerləşdirib.



Xəbər lenti
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018