Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (3-01-2017, 22:45)
SSRİ rəhbərlərinin uzun ömür sirri: Hərbi laboratoriyada hazırlanan xüsusi dərmanlar?

SSRİ rəhbərlərinin uzun ömür sirri: Hərbi laboratoriyada hazırlanan xüsusi dərmanlar?

Onlar uzun müddət SSRİ adlanan ölkəyə rəhbərlik etmişdilər. Hər kəsin qarşısında dözümlü, sağlam, möhkəm görünməyə məhkum olsalar da, hər birinin öz xəstəliyi, öz şıltaqlıqları vardı. Kremlin yüksək vəzifəli şəxslərinin sağlamlığına cavabdeh olan qurum- 4-cü Tibb İdarəsi isə yarandığı müddətdən bəri bütün bu şıltaqlıqlara şahid olmuşdu. 

Məsələn, Brejnev istirahəti və spirtli içkini cox sevirdi. Çox içirdi və içkinin onu müalicə edəcəyini düşünürdü.

Cebhe.info xəbər verir ki, 1-ci katib olduğu dövrdə Brejnevin şəxsi həkimi olmuş Mixail Kosarev o zamanlaır belə xatırlayıb: 

“Brejnev məndən mühafizə olunurdu və mühafizəçilərə əmr vermisdi ki, məni icəri buraxmasınlar”. 

Bu mübarizədə qalib isə yenə də  Kosarev oldu və daha sonralar xidmətlərinə görə “Lenin” Ordeni aldı.  Ancaq buna qədər yaşadıqları çox çətin olmuşdu: 

“O, daim mənə qışqırırdı. Əvvəllər utanırdım. Sonra utanmadım, düşündüm ki, məni hara göndərəcəklər ki? Dedim ki, Leonid İliç, gəlin, yolları ayıraq. Ancaq sonradan iş elə gətirdi ki, Brejnev mənsiz evdə səhər yeməyi yemirdi. Arvadı masanın başında otururdu, mən də Brejnevlə üzbəüz masada otururdum. Məndən soruşurdu ki, masada hər şey normaldır?“

O zamanlar və daha sonralar geniş yayılan bir ifadə vardı. Deyirdilər ki, Kreml rəhbərliyi üçün  gizli şəkildə hərbi laboratoriyalarda xüsusi dərmanlar hazırlanır. Hətta Kreml dərmanlarını AESJKT adlandırırdılar. 4-cü Tibb İdarəsi bu barədə bütün məlumatları təkzib etmişdi. İdarənin təchizat məsələləri üzrə direktor müavini Knyazevin sözlərinə belə heç kəs inanmırdı. AESJKT-nin insan orqanizminə müsbət təsirindən hamı danışırdı. Sözügedən idarənin terapevti Sergey Okunovun sözlərinə görə, heç bir Kreml dərmanlarından söhbət gedə bilməzdi: 

“Bütün xəstəliklərə qarşı normal dərmanlar qəbul edilirdi”.

Kreml həkimlərinin sözlərinə görə, restoranda ən çox diqqət yetirilən məsələ yeməklərin duz miqdarı olurdu. Kreml rəhbərliyi, eləcə də müttəfiq respublikaların rəhbərləri “Barvixa” sanatariyasında dincəlirdilər. 

Həkim Nina Kuzminanın sözlərinə görə, iş prosesində olduqca maraqlı hadisələr də yaşanırdı: 

“Sanatoriyaya yüksək vəzifəli ər öz arvadı ilə gəldi. Soruşdum ki, nə vaxt sizi müayinə edim? Ancaq arvad razı olmadı. Busqalterini soyunmurdu.  Elə soyunmadan belə ona dərhal döşündə xərçəng diaqnozu qoydum. Onkoloq çağırıldı, dərhal əməliyyata göndərildi”. 

Maraqlı hadisələrdən biri də KQB-nin ideoloji təxribata qarşı mübarizə idarəsinin rəhbəri olmuş Semyon Kuzmiçlə bağlı yaranmışdı: 

“Onun psixoloji probemləri vardı. Daha sonra bağa getdi, bir müddət sonra məni təcili olaraq bağa çağırdılar. Vəziyyət nəzarətdən çıxmışdı. Mən heç ayaqqabı geyinə bilmədim. Orda ancaq komendant, sürücü, mühafizəçi vardı. Semyon Kuzmiç asfaltda uzanmışdı, başı qan idi. Bu ölüm uzun müddət sirr olaraq qaldı. O, özünü öldürmüşdü”.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024