Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (31-12-2016, 15:16)
Ermənistanın sabiq baş naziri: "Ölkə məhv olmaq həddindədir"

 

 

Ermənistanda iqtisadi tənəzzül qarşıdakı illərdə də davam edəcək. Pul ehtiyatlarının, transfertlərin həcminin azalması nəticəsində ölkənin daha böyük problemlərlə üzləşəcəyi proqnozlaşdırılır.

Mediatv.az:   Ermənistanın sabiq baş naziri Qrant Baqratyan ölkədəki ağır həyat şərtlərindən danışıb. O deyib ki, məhz hakimiyyətin səriştəsizliyi üzündən Ermənistanda əhalinin sosial vəziyyəti gündən-günə çətinləşir. Artıq ölkə məhv olmaq həddindədir.

Sabiq baş nazir Ermənistan iqtisadiyyatında növbəti ildə də dirçəliş gözlənilmədiyini deyib. Bildirib ki, hökumət tərəfindən bütün faktlar formal olaraq kağız üzərində göstərilir. Daxildə isə tamam başqa ab-hava hökm sürür. Hazırda Ermənistan iqtisadi cəhətdən geriləmə cədvəli üzrə MDB dövlətləri arasında son pillələrdə qərarlaşıb. Qiymətli kağızları sabit saxlamaq məqsədilə xaricdən vəsait alınır. Bu belə problemləri azaltmır. Əksinə, əhali əziyyət çəkir, məhrumiyyətlərlə üzləşir, borclar isə artır. Çünki Ermənistanın pul ehtiyatları hər il azalır. Bununla yanaşı, transfertlərin həcmi də bir neçə dəfə aşağı düşüb.

Qrant Baqratyan hesab edir ki, bütün bunlar ölkənin tənəzzülü ilə nəticələnəcək.

AzVision.az

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024