Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-02-2014, 20:58)
Qərbdən Ukraynaya 160 milyard qrivin təklifi

  Ancaq bir sıra islahatların qarşılığında...


“Avropa Birliyi Ukraynada növbədənkənar prezident seçkiləri keçirilməsində israr etmir, ancaq bildirir ki, seçkilər azad və ədalətli keçirilməlidir”. Bu sözləri Brüsseldə keçirdiyi brifinqdə Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi Maya Kosyançiç deyib. 

M.Kosyançiç deyib ki, Avropa Birliyi siyasi böhranın bir an öncə aradan qalxmasının tərəfdarıdır: “Böhranın hansı şərtlər daxilində çözümü isə bəllidir – qərarı Ukrayna xalqı verməlidir. Bu məsələnin seçkidən başqa yolu yoxdur. Seçkilər isə azad və ədalətli keçirilməlidir. Seçkinin nə zaman keçirilməsinə gəlincə, bu qərarı ukraynalılar özləri verməlidir”.

Yada salaq ki, ölkədə növbədənkənar prezident seçkisi keçirilməsi Ukrayna müxalifətinin əsas tələblərindəndir. Müxalifət hesab edir ki, prezident seçkiləri gözlənildiyi kimi 2015-ci ilin əvvəlində deyil, daha erkən keçirilməlidir.

Fevralın 4-də Ketrin Eşton növbəti dəfə Ukraynaya gəlib. “European Voice”un yaydığı xəbərdə bildirilir ki, Avropa Birliyinin xarici siyasət idarəsinin başçısı təxirəsalınmaz siyasi qərarlar və Avropa Birliyinin Ukraynaya maliyyə yardımı ayrılması planı üzərində işləyir. 

Eşton Ukrayna mediasına açıqlamasında deyib ki, Avropa Birliyi və ABŞ ən qısa zamanda prezident seçkilərinə qədər olan dönəmdə Ukraynada sabitliyə yardım etmək üçün yüklü miqdarda maliyyə yardımı ayıracaq.

Məsələyə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo da münasibət bildirib. Onun sözlərinə görə, Avropa institutları Ukraynanı böhrandan çıxarmaq üçün səylərini əsirgəməməlidirlər: “İndi ən vacib məsələ güc işlədilməsinin qarşısını almaq və siyasi böhranı dayandırmaqdır”.

Barrozo deyib ki, Avropa Komissiyası Ukraynaya dəstək üçün Beynəlxalq Valyuta Fondundan 610 milyon Avro ayrılması üzrə sənədləri hazırlayır: “Biz bu vəsaiti ayırmaqla Ukraynanı siyasi qərarlara məcbur etmək məqsədi daşımırıq. Ancaq Ukrayna onu da bilməlidir ki, bu vəsaitin ayrılması hakimiyyətin bir sıra islahatlar aparması ilə birbaşa bağlıdır”. 

Onu da bildirək ki, Ukraynada siyasi böhranla yanaşı iqtisadi böhran da getdikcə dərinləşməkdədir. Son 10 gündə Ukrayna milli valyutası ABŞ dollara nisbətdə xeyli ucuzlaşıb. İqtisadi ekspertlərin hesablamalarına görə, iqtisadi böhranın dərinləşməsi hər keçən gün Ukrayna milyardlarda vəsait itirir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024