Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-07-2015, 22:56)
Saakaşvili 20 məmuru birdəfəyə qovdu

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili 20 məmuru işdən çıxarıb

 

Ukrayna KİV-ləri xəbər verir ki, Saakaşvili bu qərarı daxili audit orqanları başçılarının və hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət, müdafiə işləri, korrupsiyanın aşkarlanması və önlənməsi üzrə idarənin rəhbərinin məruzələrini dinlədikdən sonra verib. 

 

Şöbələrin nümayəndələri ilə görüşün yekunu əsasında Saakaşvili belə nəticəyə gəlib ki, il ərzində vilayətdə korrupsiya ilə mübarizə heç bir səmərə verməyib. Bu sırada daxili audit şöbəsi qubernatora Razdelyan rayon administrasiyası tərəfindən 1 milyon qrivenin məqsəddən kənar istifadə olunması haqda məlumat verib. Bu zaman bilinməyib ki, mənimsəməyə görə konkret kim cavabdehdir.

 

Hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət idarəsinə gəlincə isə bəlli olub ki, Ukrayna Təhlükəsizlik Xidməti ilə iş hələ də qurulmayıb. Məsələn, Təhlükəsizlik Xidməti müşahidə kameralarına heç cür çıxış əldə edə bilməyib (musavat.com).

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024