Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (29-06-2015, 11:03)
Ermənistanda mitinq davam edir - VİDEO

Ermənistanda mitinq davam edir - VİDEO

 

Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyaları davam edir.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, nümayişçilər Barqamyan prospektini tərk etmək imtina edirlər. 

Erməni polisi paytaxt İrəvanın mərkəzində etirazçıların barrikada kimi istifadə etdiyi zibil qutularını ərazidən yığışdırmağa çalışır. Lakin hüquq mühafizə orqanları əməkdaşları zibil konteynerlərini etirazçılardan ala bilmirlər. Etirazçılar zibil qutularının üzərinə çıxaraq onları polislərə təhvil vermək imtina edirlər. 

Ötən gecə Barqamyan prospektində etirazçılarla hüquq mühafizə orqanları əməkdaşları arasında xırda insidentlər də yaşanıb. 

Artıq elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasına Ermənistanın bir çox şəhər və cəmiyyətləri də qoşulub.

Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar. Etirazçıların toplaşdığı ərazilərdə küçə işıqlandırılması söndürülüb.

Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024